Emporium heç şübhəsiz Azərbaycanın ən böyük multibrand-lərindən biridir. Dünyanın onlarca lux markasının geyimlərini Azərbaycana gətirən butik Port Baku-da da yeni və böyük department butikini açmağa hazırlaşır.
Beləki, Emporium bu yaxınlarda 1914-cü ildə əsası qoyulmuş, dünyanın ən böyük və lux moda evlərindən biri Balenciaga-nın Azərbaycanda çox exclusiv bir tədbirini keçirtdi.Mərhum dizayner Christobal Balenciaga-nın müxtəlif illərdə hazırladığı kolleksiyalardan seçilmiş geyimlər əsasında hazırlanmış eskizlər kokteyllə qonaqlara təqdim edildi.Bu cür möhtəşəm bir sərgini Azərbaycana gətirdiyi üçün Emporium butikini təbrik edirəm və moda adına bu cür önəmli tədbirləri ölkəmizdə daha çox görmək istəyirəm.
Kokteylə dəvət olunan qonaqların geyimlərinə nəzər salsaq, böyük əksəriyyət qara rəngə üstünlük verib. Qonaqların seçimlərində fərqli rəngləri və dizaynları görsəydim daha çox sevinərdim. Çanta seçiminə gələndə isə Chanel üstünlük təşkil edir. Chanel klassik xanımın qarderobundakı ən önəmli markalardandır. Hər halda Chanel Azərbaycanda bu qədər sevəni olduğunu görsəydi ilk butikini Bakıda açardı. Ümid edirəm yaxında markanın Bakıda da butikinin açılacağını görəcəyik.
Amma dünyada da belə bir ənənə var, gələn qonaqlar, dəvət olunduqları markaya hörmət əlaməti olaraq həmin markanın kolleksiyalarından seçim edirlər. Qonaqlar arasında isə Balenciaga-nın ikonik "Motorcycle" çantasını sadəcə bir xanımda görə bildim.
Onun yerinə qonaqlar Chanel, Louis Vuitton,Prada, Hermes və Yves Saint Laurent kimi olan markaların kolleksiayalarından seçim etmişdirlər.Kokteyl geyimlərindən çox gündəlik və aksesuarlarda isə logolu modellər üstünlük təşkil edirdi. Hər halda bununda səbəbi bu kimi kokteyllərin Azərbaycanda olduqca az olmasından və bizim xanımların qarderoblarından düzgün seçim etməkdə çətinlik çəkmələrindən irəli gəlir.
Yenədə qonaqlar arasında üslubuna uyğun və gözəl geyinən xanımlarda az deyildi.Məsələn geyimini ən bəyəndiyim iki xanım bunlardır. Birinci xanım öz geyimi, YSL clutch ilə əsl lux şəhərli qadını imicini yaradıb.Həm də heç bir əksik detal olmadan.İkinci xanımın yaratdığı kombinasiyanı isə da çox bəyəndim. Bottega Veneta Clutch-ı möhtəşəmdir. Hər iki xanımın Yves Saint Laurent vurğunu olduğu geyim tərzlərindən aydın olur.
No comments:
Post a Comment