Tuesday, February 15, 2011

Elle Style Awards 2011

Elle jurnalının 2011-ci il stil mükafatları da öz sahiblərinə çatdı. Qonaqlar arasında moda dünyasının ən öndə gələn isimləri yer alırdı.Emma Watson, Blake Lively, Matthew Williamson, Tom Ford ,Vivienne Westwood bu qonaqlardan sadəcə bir neçəsidir
Elle-nin stil ikonu mükafatı gecəyə Türk dizayner Hakaan imzalı mini donu ilə qatılarn Emma Watson-a verildi.Mükafatı təqdim edən isə məşhur dizayner Vivienne Westwood idi. Həqiqətən bu il Emma öz fərqli saç stili və gözəl geyimləri ilə maedianın gündəmini bir xeyli məşğul edib.


Ən yaxşı TV ulduzu mükafatı isə Emilio Pucci imzalı libası ilə gecəyə qatılan Blake Lively-ə getdi.


Beynəlxalq dizayner mükafatı isə Tom Ford-a verildi.

Ən yaxşı musiqiçi mükafatına Cheryl Cole layiq görüldü. Gecəyə  qırmızı Alexander McQueen imzalı libası ilə gələn xanım çox gözəl və cazibədar görsənirdi.


Bir digər Alexander McQueen geyimi seçən xanım isə ən yaxşı model mükafatına layiq görülən Coco Rocha idi.


Burberry Prorsum imzalı yaşıl donu ilə qatılan Noomi Rapace isə ilin istedadlı xanımı mükafatına layiq görülüb.

Digər mükafatlara layiq görülənlər:
İlin ən yaxşı İngilis dizayneri Christopher Kane , ən yaxşı aksesuar dizyneri Emma Hill və hamilə olduğu üçün tədbirə qatıla bilməyən ilin ən yaxşı aktrisası mükafatı Natalie Portman-a verilib.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...