Wednesday, February 2, 2011

Pagani Huayra

Lux Italyan idman avtomobilləri istehsalçısı olan Pagani-nin  yeni bir modeli daha təqdim edildi. Beləki, Huayra adlanan bu yeni supercar yalnız Avropada deyil Amerikada da satışa çıxarılacaq. İlk il üçün sadəcə 40 ədəd istehsal edilməsi planlaşdırılan avtomobil öz qeyri-adi görünüşü ilə həqiqətən seçilməyi istəyən gənclərin tam arzu etdikləri avtomobildir. Qapıları "qanad" formasında açılan avtomobilin adı isə Hindistan külək tanrısı Huayra Tata-nın adından götürülmüşdür.



 

Bu "Külək Tanrısı" 6 litirlik V12 silindirli Mercedes Benz AMG model mühərriklə təhciz olunub. 700 at gücünə malik avtomobilin çəkisi 1350kg-dır.Huayra Tata-nın maksimum sürəti 370 km/saat-dır.100 km/saat-ı yığması üçün isə sadəcə 3.3 saniyə lazımdır.

Bir idman avtomobilinə görə salonunda daha çox klassik rənglərdən istifadə edilməsini çox da bəyənmədim. Ən azından avtomobilin sportiv exterierinə uyğun deyil. Lakin, bütün bunlara baxmayaraq, avtomobilin salonu ən lux materiallar və üstün texnologiyalarla zənginləşdirilmişdir. Böyük ehtimal xüsusi sifarişlə dəyişikliklər edilməsi də mümkün olacaq.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...