|
Grace Kelly |
Lux deyərkən ağıla gələcək ilk markalarından biri heç şübhəsiz Hermes-dir. Xüsusilə də moda ilə yaxından maraqlanan xanımlar Hermes marka bir çantaya sahib olmağın nə demək olduğunu çox gözəl bilirlər.Markanın ikonik çantaları isə Hermes Birkin və Hermes Kelly-dir. Dünyanın ən kübar, aristokrat və modanı sevən xanımlarının qarderoblarında bu çantaların onlarca-yüzlərcə modeli var. Hətta bu markanın çantalarına million dollarlar ödəyib kolleksiya hazırlayanlar da az deyil.Ən maraqlısı isə Hermes Birkin və Kelly-ə sahib olmaq üçün listə yazılıb,sıraya durmaq lazımdır.Bu isə bəzən bir neçə il çəkir.
|
Grace Kelly |
Beləki, Hermes Kelly-nin yaranması 1930-cu illərə təsadüf edir.Lakin çantanın məşhurlaşması 1950-ci illərdə Grace Kelly-nin adı ilə bağlıdır.Həm aktrisa, həm də Monako şahzadəsi olan bu xanım hər zaman öz zərifliyi, gözəl geyimi və ən sevimli çantası olan Kelly ilə diqqət çəkirdi. Kelly-nin fərqli dizynı, lux detalları və ən keyfiyyətli materiallardan hazırlanması qısa zamanda onu bir çox zəngin xanımların və dünya ulduzlarının ən sevimli çantalarından birinə çevirdi. Hermes Kelly-ni istifadə edən dünya ulduzları arasında Catherine Zeta Jones, Victoria Beckham,Heidi Montag,
Kate Moss,Oprah Winfrey və daha bir çox məşhur xanımlar da var. Bu çantaların qiymətləri isə istifadə edilən dəriyə görə dəyişilir.
|
Celebrity with Hermes Kelly |
Hər zaman, son moda trendlərini yaxından izləyən Azərbaycan xanımları da Hermes Kelly çantalarının pərəsdişkarları arasındadır .Məsələn, Arzu Əliyevanın bu sevimli Hermes Kelly "Brown Weekend 35 cm bag" modeli həqiqətən çox klassik və gözəldir.
|
Arzu Aliyeva with Hermes Kelly Bag |
No comments:
Post a Comment