New York moda həftəsindən sürətlə London moda həftəsinə keçirik. Təbii ki, London moda həftəsinin ən diqqət çəkən markası Burberry Prorsum-dur. Burberry hər sezon olduğu kimi bu dəfə də möhtəşəm bir show təqdim etdi. Hər kolleksiyasını izləmək üçün ulduzların axın etdiyi markanın, bu dəfə də "Front Row"-su dünya ulduzları və moda ikonları ilə zəngin idi. Dünyada ilk dəfə olaraq show-nu Piccadily Circus meydanına qurulmuş 32 metrəlik ekrandan ,Burberry-nin dünyadakı bir çox butikindən və internetdən də canlı olaraq izləmək mümkün idi. Elə məndə millionlarla insan kimi show-nu internetdən canlı izlədim. 60-cı illərin musiqiləri, möhtəşəm kolleksiya, ulduzlar və show-nun sonunda səhnəyə yağan süni qar.Bir sözlə əsl İngilis atmosferi.

Daha əvvəl də dediyim kimi Burberry-nin fashion show-larına dünya ulduzları da böyük maraq göstərir. Bu qədər dünya ulduzunun "Front Row" da olmasını bir də Chanel kolleksiyalarında görmək mümkündür. Beləki Burberry qış 2011 show-sunu izləmək üçün Lily Donaldson(model), Anna Wintour(Vogue),Alexa Chung (moda ikonu),Kate Bosworth(aktrisa),Rachel Bilson(aktrisa) və daha bir çox qonaqlar da qatılmışdı.Qonaqların demək olar hamısı geyim seçimini Burberry- dən etmişdi. Bu cür möhtəşəm show-nu izləyib markaya az bal vermək günah olar. Şəxsi qiymətim 10 üzərindən 10.
No comments:
Post a Comment