3.1 Phillp Lim hər zaman fərqli kəsimləri və rəngləri bir-biri ilə özünəməxsus şəkildə birləşdirməyi bacaran bir markadır.Dizayner bu sezonda da mavi, yaşıl, çəhrayı və qəhvəyi tonların boz rənglə möhtəşəm kombinasiyalarını yaradıb.Şəxsi qiymətim 10 üzərindən 8.
BCBG Max Azira-nın şifon qat-qat parçaları bu sezonda da çox zərifdir.2-ci şəkildəki mavi rəngli geyim mənə Christopher Kane-in qalaktika şəkilli geyimlərini mənə xatırlatdı.Şəxsi qiymətim 10 üzərindən 7.
Calvin Klein Collection yenə də çox sadə, zərif və düz kəsimlərinə sadiqdir. Qızılı və gümüşü rəngli geyimlər çox gözəldir.Kolleksiyada oversized kurtka və paltoları da görmək mümkün idi.Şəxsi qiymətim 10 üzərindən 8.
Victoria Beckhamı artıq bir dizayner kimi qiymətləndirməyin vaxtı çatıb deyə düşünürəm. Bir haldakı, dünyanın diqqətini bu qədər çəkən xanımdır. Geyimlərin demək olar heç birinin əvəllki kolleksiya ilə bağlılığı yoxdur. Daha əvvəlki kolleksiyalarında bədənə oturan kip geyimlər üstünlük təşkil edirdisə, bu sezonda geniş düz və sadə geyimlər üstünlük təşkil edir. Amma kolleksiyanın rəngləri və bir çox geyimləri sanki usta bir dizaynerin əlindən çıxmış kimidir. Bu qədər moda ilə maraqlanan bir xanım istəsə də pis iş ortaya qoya bilməz. Xüsusilədə, birinci şəkildəki şal formasındakı üst geyimi çox gözəldir.Şəxsi qiymətim 10 üzərindən 7.
No comments:
Post a Comment