Bu yeni Aston Martin-i görəndə ilk ifadəm uzun bir wooow demek oldu.Avtomobilin dizaynındakı idman görünüşü ilə bərabər zəriflik və eleqantlığı da diqqəti çəkir. Virage Coupe, Aston Martin DB9 və Aston Martin DBS arasında bir modeldir. Aston Martin DBS modelini yəqin ki, James Bond-un "Casino Royale" filmindəki avtomobili kimi xatırladınız. DB9 modeli isə Britaniyanın Direct Line Car Insurance şirkəti tərəfindən son 25 ilin ən yaxşı avtomobili adına layiq görülüb.
Yeni Aston Martin Virage Coupe modeli isə V12 silindirli 490 at gücünə malik mühərriklə təhciz olunub. Maksimal sürət 298 km /saatdır. Avtomoblin çəkisini minimum dərəcəyə endirmək üçün daha yüngül materiallardan istifadə edilmişdir. Bununla bərabər Virage Coupe tam yeni ammortizasiya sistemi ilə təhciz olunub.
Avtomobilin salonunda 6.5 dioqanallıq ekran, İpod, naviqasiya sistemi,Bluetooth və 700 watt-lıq audio sistem quraşdırılıb.Xüsusilə də, bu exclusiv rəngi çox bəyəndim.
No comments:
Post a Comment