
Milan moda həftəsi davam edir. Alberta Ferretti də bir çox digər markalar kimi 2011-ci il qış sezonuna rənga-rəng kolleksiya hazırlayıb. Geyimlər, rənglər və motivlər çox möhtəşəmdir. Kolleksiya 2-hissəyə ayrılmışdı. 1-ci hissə gündəlik üçün bir-birindən gözəl sadə geyimlər, 2-ci hissə isə Alberta Ferretti ziyafət donları. 1-ci hissədəki geyim və rəngləri daha çox bəyəndim. Kolleksiyadakı hər şeyin mükəmməl olduğunu demək istiyərdim, əgər o geyimlərə uyğun görmədiyim məxmər uzunboğaz çəkmələr olmasa idi.Yenə də etnik detallarla zəngin bu kolleksiyanı çox bəyəndim.Kolleksiyaya şəxsi qiymətim 10 üzərindən 8.
No comments:
Post a Comment