Friday, February 11, 2011

The Meera House

Bu dəfə Guz Architects şirkətinin  proekti əsasında tikilən bu möhəşəm villanı görən kimi sizinlə paylaşmaq istədim. Tamamı yaşıllıqlarla əhatə olunmuş, geniş dəniz mənzərəli möhtəşəm arxitekturaya sahib lux bir tikilidir. Evdə daha çox taxtadan döşəmə və üzlük kimi istifadə olunub. Ən maraqlısı isə hovuzdur. Düz evin önündə olan hovuzun bir tərəfinin evin ən alt qatına panaraması olması bu günə qədər gördüyüm ən fərqli dizaynlardan biridir. Beləki, hovuzda üzən biri rahatlıqla evin içindən görsənir.  Bundan başqa evin birinci mərtəbəsinin üstü tamamilə yaşıllıqla örtülərək  və bitkilər əkilərək terras kimi istifadə edilməsi çox maraqlı ideyadır.





 Evin bu hissəsi də mənim ən sevdiyim məkanlardandır.İçi çay daşları ilə örtülmüş hovuz su bitkiləri ilə əhatə olunub. Təbii ki divarda hazırlanmış fərqli işləməni də unutmamaq lazımdır.Beləki, bu hissədə istifadə edilmiş işıq effektləri də məkana mistik bir hava verib.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...