Monday, February 14, 2011

D&G Fall 2011 Menswear

2011 qış sezonu üçün D&G-nin hazırladığı kolleksiyanın çox rəngli və dinamik olduğunu düşünürəm. Ümumiyyətlə qış kolleksiyalarında daha tünd və sönük tonlardan istifadə edilməsinə alışdığımız üçün bu cür rəngarənglik məni biraz çaşdırdı. Bundan başqa D&G bu dəfə Coca Cola və Mickey Mouse şəkilli üst geyimlərinə də bolca yer verib. Düzü Mickey Mouse və dünya ulduzlarının şəkillərinin T-shirt-lərin üzərində olmağı çox maraqlı və gənc görsənir. Lakin, Coca Cola olan geyimlərin həddindən artıq kommersiya məqsədli olduğunu düşünürəm. 1-2 geyimdə olsa nə isə, amma kolleksiyanın demək olar yarısı bu şirkətin reklamları üzərinə qurulub. Qalan bütün geyimlər isə çox maraqlı və əyləncəlidi.Sezonun demək olar bütün kişi kolleksiyalarında gördüyümüz xəz detallara D&G kolleksiyasında da yer verilib.





No comments:

Related Posts Plugin for WordPress, Blogger...