Monday, February 21, 2011

New York Fashion Week 2

New York moda həftəsi sona çatdı.Bu post ilə moda həftəsinin ən diqqət çəkən dizaynerlərinin  2011-ci il qış kolleksiyalarını sizinlə paylaşmaq istədim.


New York moda həftəsinin ən bəyəndiyim kolleksiyası Preen oldu. İkili və üçlü rəng kombinasiyaları möhtəşəmdir.Xüsusilə də, tünd göy və qırmızı tonlarının birləşməsi möhtəşəmdir. Şəxsi qiymətim 10 üzərindən 10.


Oscar de la Renta-nın qış 2011 kolleksiyasında etnik naxışlardan və xəz detallardan bolca istifadə edildiyini görmək mümkündür.Adına layiq çox zəngin kolleksiyadır. Şəxsi qiymətim 10 üzərindən 8.


Diane von Fustenberg-in kolleksiyasını bəyəndim deyə bilməyəcəm. Düzü kolleksiya və geyimlər gözəldi, amma sanki bu Diane von Fustenberg deyil Moschino kolleksiyası idi.Bundan başqa Gucci-nin yaz-yay 2011 kolleksiyasına da bənzərlik hiss olunur. DVF-ə bunu heç yaraşdırmadım. Şəxsi qiymətim kolleksiyanı bəyəndiyim halda 10 üzərindən 6-dır.


Sezonun daha bir bəyəndiyim kolleksiyası isə Donna Karan idi.Dizayner zəngin şəhərli qadını imicini möhtəşəm  şəkildə vurğulamağı bacarıb.Keyfiyyətli atlas parçadan hazırlanan geyimin zərifliyi  insanı valeh edir. Şəxsi qiymətim 10 üzərindən 9.


Badgley Mischka-dan çox fərqli bir şey görə bilmədim. Yenə də öz ənənəsinə sadiq gözəl geyimləri olan bir kolleksiya təqdim etdi. Bəzi geyimləri nə qədər çox bəyəndimsə də, bəzilərinin kolleksiyaya necə daxil edildiyini çox fikirləşdim.  Şəxsi qiymətim 10 üzərindən 7.


Monique  Lhuillier krujevaların zəngin olduğu, bel hissədən bağlı, zərif və romantik bir kollekisya təqdim etdi. Bu cür romantik kolleksiyalar normal olaraq böyük kütlə tərəfindən tez sevilir və daha çox insanın zövqünə uyğun gəlir. Şəxsi qiymətim 10 üzərindən 8.


Jason Wu kolleksiyalarının hər birini çox bəyənirəm. Bu dəfə ki, kolleksiyada isə dizaynerin hazırladığı bütün geyimlər xüsusi gözəl idi. Hər biri çox zərif, bol işləməli və zəngin kresiyonlar(creation) idi.Bir söznən möhtəşəm kolleksiya budur deyə bilərəm. Şəxsi qiymətim 10 üzərindən 10.


Herve Leger -in bandaj donları biri-birindən gözəldir.Artıq Herve Leger-in ənənəsinə çevrilən ,bədəni kip saran bu geyim növünə Max Azira hər sezonda başqa bir rəng və gözəllik qatır. Məşhuların ən sevimli markalarından olan Herve Leger öz bədən quruluşuna güvənən xanımların əvəzolunmazıdı. Şəxsi qiymətim 10 üzərindən 8.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...