Monday, October 25, 2010

Yeni Bentley Mulsanne Azərbaycanda


Bu gördüyünüz tamamilə, yeni platformada hazırlanan Bentley Mulsanne modeli 1930-cu ildən bəri hazırlanmış modellərdən çox fərqlənir. Beləki, hər birinin hazırlanmasına 2 aydan çox vaxt sərf olunan  Bentley Mulsanne 6.75 litr həcimli  V8 silindirli 505 at gücünə malik muhərriklə təhciz olunub.Avtomobil şirkətin digər modellərindən fərqli olaraq 15% daha az,yəni 100 kilometrə 16.9 litr yanacaq sərf edir.Çəkisi 2500 kiloqramdan artıq olan bu avtomobil üçün daha bir yaxşı göstərici,100 km/saata sadəcə olaraq 5.3 saniyə vaxt sərf etməsidir.Avtomobilin salonunda isə təbii ağac və xüsusi texnologiya ilə hazirlanmış dəridən istifadə olunub.Belə ki, bu sənət əsərinin qiyməti 220 000 pound olacaq.



Siz də bu gördüyünüz möhtəşəm avtomobili artıq Bentley Baku mərkəzindən əldə edə bilərsiniz. Beləki, bu modelin Bakıya gəlişi şərəfinə kokteyl təşkil edildi və açılışa gəlmiş qonaqlara Bretling for Bentley saatı hədiyyə olundu.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.


No comments:

Related Posts Plugin for WordPress, Blogger...