Uzun söz-söhbətdən sonra, nəhayət ki, Noyabırda təqdim olunacaq Lanvin for H&M kolleksiyasının ilk görüntüləri yayıldı. İlk baxışdan normal bir Lanvin kolleksiyasına bənzəyən bu geyimlərin ən əsas özəlliyi Lanvin qədər baha olmamasıdır. Düzü məni çox da cəlb etmədi çünki, bildiyimiz Lanvin-dən heç bir fərqi yoxdu. Hətta Lanvin-in əvvəlki kolleksiyalarında bu geyimlərin eynisini görmək mümkündür, sadəcə H&M üçün cüzi dəyişiklik edilib. Böyük ehtimalla Lanvin-dəki qədər keyfiyyətli olmayan parçalardan hazırlanan bu geyimlərlə Alber Elbaz H&M-i yola verib.Lakin məntiqli fikirləşsək kiçik büdcə ilə ortaya çıxan iş dizaynerin günahı deyil.Bütün bunlara baxmayaraq əminəm marka çox böyük satış əldə edəcək. Ən azından Lanvin geyinmək istəyib geyinə bilməyən xanımlar üçün bu əla şansdır.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə burdan baxa bilərsiniz.
No comments:
Post a Comment