Thursday, October 21, 2010

Jennifer Lopez Advertising New Gucci Childerenwears


Bütün digər sektorlarda olduğu kimi lux uşaq geyimləri sektorunda da rəqabət gündən-günə artır.Beləki, Dior, Armani, D&G, Burberry, Moschino və daha bir çox böyük moda evləri uşaqları da yaddan çıxarmır.  Yeni sezondan bunların yanına daha bir lux markanın adını əlavə etmək olar,Gucci. Hər zaman son moda trendlərini izləyən cütlüklər artıq uşaqlarını da Gucci-nin dəbdəbəli uşaq kolleksiyasından geyindirə biləcəklər. Dünyanın ən sevilən markalarından biri olmasına baxmayaraq, bu böyük sektora güclü giriş etmək üçün marka Jennifer Lopez-i uşaq kolleksiyasının üzü seçdi.Məncə çox uğurlu seçimdir.Dünya ulduzu olması, mahnıları və filimləri ilə millionlarla insanın sevimlisi olması,moda trendlərini yaxından izləməsi, qırmızı xalçadakı uğurlu geyimləri ilə fərqlənməsi və ən əsası ana olması onun yeni Gucci kompaniyasının üzü olmasının ən əsas səbəbləridir. Əlbəttə ki, markanın adı belə, keyfiyyətinin göstəricisidir.


Yeri gəlmişkən, bizdə də dəbdəbəli uşaq geymləri sektoru çox inkişaf edib.Armani Junior, Monalisa, Miss Blumarine, Burberry Childerenwears markalarından sonra Baby Dior da Bakıda butikini açır.Digər br çox lux markanın uşaq geyimlərini isə multibrand-lərdən əldə edə bilərsiniz.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə  burdan baxa bilərsiniz.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...