Bu dəfə
Balmain kolleksiyasında heç bir yenilik görmədim, hər nə qədər geyimlər bir-birindən gözəl olsalar da elə bil əvvəlki kolleksiyanın davamı idi. Bəlkə də digər markalardan çoxuna bu iradı tutmazdım amma söhbət Balmain-dən gedəndə işlər dəyişir.Markanın kolleksiyalarının nə qədər qiymətli olduğunu bildiyim üçün hər sezon yeni bir şey görmək istəyirəm. Kolleksiya rocin-chick üslubunda, bol metallı dəri gödəkçələr və denim cinslərdən ibarət idi.
Heç şübhə yoxdur ki, bu kolleksiya da digərləri kimi dünya rock və pop ulduzları tərəfindən çox seviləcək. Mən xüsusilə 1 ci şəkildəki qırmızı gödəkçəni və sonuncu kombinasiyanın tamamını çox bəyəndim.Ən maraqlısı isə markanın geyimlərinin inanılmaz dərəcədə yüksək qiymətə satılmasıdır.Məsələn, bu gördüyümüz hərbi üslubdakı yanmış,köhnə,cırıq Balmain maykanın qiyməti
$1625-dır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment