Günümüzdə sərhəd tanımayan lux sektorun ən vacib detallarından biri də yaxtalardır. Yəqin ki, insanın öz şəxsi yaxtası ilə okeanda uzun səyahət etməsi kimi gözəl bir hiss yoxdur.Elə bu arzunu reallaşdırmaq üçün Princess Yachts marka yaxtanın olması vacib şərtdir. Dünyanın ən qədim lux yaxta istehsalçılarından biri olan Princess Yacts şirkətinin əsası Britaniyada 1965-ci ildə qoyulub. İlk oalraq 1981-ci ildə Graham adlı Cənubi Afrikalı biznesmen tərəfindən alınan şirkət daha sonra 2008-ci ildə məşhur Fransız biznesmen Bernard Arnault tərəfindən ələ keçirilir. Beləki Louis Vuitton Moet Hennessy(LVMH) şirkətinin də sahibi olan bu biznesmen Princess Yachts üçün 200 million dollar ödəməli olur.Bernard Arnault bundan başqa Louis Vuitton, Fendi, Givenchy,Kenzo və Donna Karan kimi bir çox lux markanı da öz şirkətinin tərkibinə qata bilib.
Müxtəlif dizayn və ölçülərdə təklif olunan bu yaxtaların hər biri özünəməxsus gözəlliyi və ultra-lux komfortu ilə sahiblərinə əvəz olunmaz rahatlıq və istirahət bəxş edir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
1 comment:
Post a Comment