Sunday, October 24, 2010

Magnificent 7

Hər zaman oxumaqdan həzz aldığım və heç bir nömrəsini qaçırtmadığım Boutique jurnalının ən sevdiyim hissəsi "Möhtəşəm Yeddilik" adlandırılan hissəsidi.Xüsusilə də çəkilmiş keyfiyyətli fotolarını çox bəyənirəm. Düşündüm ki, məndə belə bir post etsəm pis olmaz. Beləki, birazca formatda dəyişiklik etmək istədim. Solda kişilər üçün, sağda qadınlar üçün, ayırmadıqlarım isə hər iki cins üçün seçdiklərimdir.Mövzu olaraq isə "Toy Günü"-nü başlıq olaraq seçdim.
                                                                Wedding Day
1.Yəqin ki, bir çox qadının ən böyük arzusu evlənərkən Vera Wang gəlinlik geyinməkdir.Bəs kişilər necə? O əvəzsiz Tom Ford marka smoking-ə biganə qala bilərlərmi.Əlbəttə ki, mümkün deyil.
Tom Ford / Vera Wang
2.Ayaqqabı olaraq üstünlüyünüzü  sadə və rahat etsəniz sizin üçün toyda daha az sıxıntı yaradar.
Beləki, qadınların ən sevdiyi ayaqqabı dizaynerlərindən olan Casadei marka bu platforma sizə toyda özünüzədən əmin şəkildə yerə basmaq üçün yardımcı olacaq. Kişilər bu işdə daha rahatdı, çünki qadınlar kimi üzərində ağır gəlinlik daşımır. Amma heç şübhəsiz bu yorğun və çətin gündə Salvatore Ferragamo marka ayaqqabəlar ilə siz özünüzü daha da rahat hiss edəcəksiniz.İpli ayaqqabıları mən daxil bir çox kişilər sevməsə də bu gün üçün istisna etmək lazımdır.
Salvatore Ferragamo / Casadei
3. Toy maşını isə heç şübhəsiz Rolls Royce marka olmalıdır.Bir çox kübar toyların əvəz olunmazı olan bu maşın, öz lux komfortu ilə sizin toya daha həyəcansız və rahat çatmağınız üçün vacib şərtdir. Əlbəttə ki, RR marka avtomobil sizin toyunuzun statusundan da xəbər verir.

Rolls Royce
4.Məkan çox önəmli və seçimi çox çətin faktordu.Amma uğurlu seçim sizin də  əhvalınızı qaldıracaq.Günümüzdə çox məşhur olan şadlıq evlərindən yəqin ki, siz də mənim kimi çox bezmisiniz. Bu zaman heç şübhəsiz açıq hava toyunu düşünə bilərsiniz, İsveçrə sayağı masalar,şampan və kanepelərlə sakit və aristokrat bir toy edə bilərsizniz. Xüsusuilə də, hər hansı bir xarici ölkə vəya tropik adada keçirə bilərsiniz. Məsələn,bu gördüyünüz Miami-də yerləşən məkan toy üçün əvəz olumazdı.Siz də buna bənzər məkan seçimi ilə hər kəsin yaddaşında həkk olunacaq bir toy həyata keçirə bilərsiniz.

Miami
5.Tək daş üzük hər bir qadının xəyalıdır. Xüsusilə də, evlilik təklif edilərkən alınan bu zinyət əşyası Tiffany&co markasından olsa, bəlkə də həmin xanımın sizə yox cavabı verməsini imkansız edər.Kişilər isə daha sadə David Yurman marka üzüyü hər zaman əllərində rahat gəzdirə bilərlər.Məncə qara daşlı bu üzük çox eleqantdır.

David Yurman / Tiffany&co
6. Təbii ki,qonaqlar üçün içki olaraq müxtəlif seçimlər təklif etmək olar, məsələn viski,martini və s. Amma ən önəmlisi  şampandır, çünki  toyun şərəfinə içilən bu içki çox zövqlə seçilməlidir. Əgər seçiminiz Moet & Chandon marka şampan olsa, heç şübhəsiz uzun zaman sizin və qonaqlarınızın yadından çıxmayacaq bir dad olacaq.

Moet&Chandon
7.Sonda da aksesuarların necə önəmli olduğunu bildirmək istəyirəm. Çünki, bunlar sizin geyimi və ümumi görünüşüzü tamamlamaq üçün çox önəmlidir. Məsələn, kişilər üçün saat xüsusilə də, hər vaxt ona baxdıqda stimul almaq üçün Longines kimi qiymətli bir markadan olması vacibdir. Qadınlar üçün isə sadə və ələ-uyumlu bu Bottega Veneta marka clutch əvəz olunmazdır.

Longines / Bottega Veneta
Beləki, bütün bunlar lux toyların əvəz olunmaz seçimləridir. Hər birini çox bəyənərək seçdim, ümid edirəm siz də bəyənirsiniz.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə  burdan baxa bilərsiniz.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...