Sunday, October 24, 2010

Keira Knightly in Chanel


Bu xanımda insanı özünə çəkən qəribə bir cazibə və zərafət var. Həqiqətən də, dünya ulduzlarının çox azında bu zəriflik, incəlik və gözəllik var. Bir də bunun üzərinə gözəl zövq əlavə olanduqda, ortaya 4x4-lük bir xanım  çıxır.Daha öncə Kate Moss-un Chanel Coco Mademoiselle  parfum reklamlarını əvəz edən Keira Knightley geyimlərində də çox vaxt bu markaya sadiq qalır. Yəni bir sözlə ona əsl Chanel qadını demək olar.


 Bu dəfə də xanım tamamı mirvaridən hazırlanmış Chanel donu ilə hər kəsi özünə heyran edə bildi. Bu geyimlə o biraz da risk edib çünki, geyimin alt və üst hissələri yalnız öndən bitişik formada hazırlanıb. Geyimin arxa hissəsi isə sadəcə mirvarilərlə bir-birinə bağlıdır.Bu geyim ilə geyilmiyəcək tək ayaqqabı isə bu qalın dabanlı Charlotte Olympia-lar olduğunu düşünürəm. Biraz kobud görüntü yaradıb, lakin bu ayaqqabılar belə Keira-nın ümumi görünüşünə təsir etmiyib.Əslində ayaqqabıları ayrılıqda çox bəyənirəm, lakin bu geyim ilə uyğun olmadığını düşünürəm.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə  burdan baxa bilərsiniz.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...