İsveçrə deyərkən insanın ağlına ilk olaraq bir-birindən lux saat və xronoqraflar gəlir. Lakin, bu İsveçrəli marka tək saat yox, həm də zərgərlik əşyalarında hər zaman dünyanın ən böyük markalarından biri olmuşdur. Heç bir qırmızı xalça törəni xüsusilə, Chopard High Jewellery yəni ən lux kateqoriyada hazırlanan və millionlarca dəyəri olan bu məhsullarsız keçmir.Markanın əsası 1860 cı ildə 24 yaşlı Louis-Ulyesse Chopard tərəfindən qoyulmuşdur. Bu il isə marka artıq 150-ci yaşını qeyd edir.Bunun şərəfinə şəhərimizdə yerləşən Chopard butikində kokteyl təşkil edildi.İtaldizayn Group-un əməkdaşlığı ilə ölkəmizdə fəaliyyət göstərən marka, daha əvvəl də bir neçə dəfə Buta Palace-da öz kolleksiyalarını təqdim etmişdir.İndi isə markanın qiymətli zərgərlik nümunələrindən bəziləri ilə tanış olaq.
Hər il,bir çox dünya ulduzu Oscar və Cannes film festivallarında bu markanın zərgərlik əşyalarından istifadə edir.Məsələn, 2007-ci ildə Valentino ilə əməkdaşlıq edən Chopard, Cannes film festivalının açılışı üçün çox qiymətli və möhtəşəm kolleksiya hazırlamışdır.Bu kolleksiyanın tamamı dünya ulduzları tərəfindən film festivalı ərzində təqdim olunmuşdu. Chopard xeyriyyəçilik işlərində də dünyanın ən öndə gələn markalarından biri hesab olunur.Beləki, AİDS-ə qarşı Sir Elton John-la birgə məhdud sayda saat kolleksiyası təqdim edən marka, gəlirin tamamını E.John-un AİDS fonduna bağışlayır .
Qiymətlərə gəldikdə, məsələn bu altda gördüyünüz üzük 16.26 million dollardır və dünyanın ən bahalı daşlarından biridir. Mən hələ üstdəki boyunbağıların qiymətini təsəvvür edə bilmirəm.)))
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment