Wednesday, October 27, 2010

Fendi - New F/W Accessories and Shoes Collection

Heç şübhəsiz, modern şəhərli geyim üslubunu təmsil edən ən əsas markalardan biri  Fendi-dir. Xüsusilə də, qadın geyimləri kolleksiyalarında bunu görmək elə də çətin deyil. Hər sezon, biri-birindən gözəl geyimləri və aksesuarları ilə həm xanımların, həm də bəylərin qarderobuna daxil olan Fendi, bu sezon da ikonik ayaqqabı və çanta modelləri ilə hər kəsin sevimli markasına çevriləcək.  Elə bu gördüyünüz yeni sezon kolleksiyası da  artıq qarderoblarda özünə yer tapıb. Şəxsən mən demək olar ki, kişi krasovkalarının tamamınını çox bəyəndim.



Qadın ayaqqabılarına gəldikdə, hər biri böyük zövqlə hazırlanıb. Bu ayaqqabıların arasından seçim etmək xanımlar üçün çox çətin olacaq.Platformaların və çəkmələrin gözəlliyinə söz ola bilməz.
              



Geniş çeşid və rəng imkanın olduğu Fendi çanta və klaçları da yeni sezonun dəbli aksesuarlarıdır.Markanın ikonik modelləri ilə bərabər, bu sezona xas olan yeni modelləri də görmək mümkündür.





Elə sezonun gün eynəklərini və digər kiçik aksesuarlarını da çox bəyəndim.Ümid edirəm uzun illərdir multibrandlərdən əldə etdiyimiz Fendi kolleksiyalarını tezliklə markanın öz butikindən əldə edə biləcik.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.




No comments:

Related Posts Plugin for WordPress, Blogger...