Wednesday, October 20, 2010

Leyla Aiyeva in Victoria Beckham Design


Heç vaxt, sonradan dizaynerlik etməyə başlayan show-biznes ulduzlarının kolleksiyalarını bəyənmirəm. 1-2 dəfə üçün nə isə, amma bu işi profesional olaraq etmələri mənə düzgün gəlmir. Bunlardan Beyonce,Paris Hilton,Jennifer Lopez Gwen Stefani-nin adını çəkmək olar.Özləri hər nə qədər dünya ulduzu olsalar da kolleksiyaları  uğursuz alınır və cəmiyyət həyatı tərəfindən xoş qarşılanmır.Elə ilk vaxtlar Victoria Beckham-ı da bunlardan biri sayırdım. Lakin Leyla Əliyeva kimi hər zaman düzgün geyiminməyi bilən bir xanımın Victoria Beckham marka  donu geyinməsi məni təəccübləndirdi.Düzü geyim həddindən artıq gözəl və zərifdi.Yəqin ki, məhz buna görə  Leyla xanım bu geyimə üstünlük verib.Maraqlısı da odur ki, bu geyimi o bir yox, bir neçə dəfə geyinib.Görünür Victoria Beckham digər məşhurlardan fərqli olaraq bu işi həvəs kimi yox ciddi bir iş kimi görür.Elə buna görə də kolleksiyalarına maraq böyükdür. Leyla xanımın geyimi ilə tamamladığı Christian Louboutin ayaqqabıları və klassik Chanel çantası  uğurlu seçimdi.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə burdan baxa bilərsiniz.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...