Saturday, October 30, 2010

Happy Halloween

Halloween! Adını eşitmək belə insanın üzündə gülümsəməyə səbəb olan ən gözəl və əyləncəli kostyum bayramlarından biridir. Bu bayramdakı bütün partilər müxtəlif xarakterləri canlandıran kostyumlarla qatılan insanların maraqlı və unudulmaz vaxt keçirməsi  məqsədi ilə təşkil olunur. Dünyada keçirilən partilərdən məşhurların geyindiyi bəzi kostyumları sizinlə paylaşmaq istədim.Xüsusilə, 3 cü şəkildəki Heidi Klum-un seçdiyi bu kostyum mənə çox qəribə və maraqlı gəldi .6 əlli bütü canlandıran model yəqin ki, gecənin ən fərqli qonağı idi.




Bəs biz öz qarderobumuzdan Halloween üçün nə seçə bilərik.Bunun üçün çox böyük vaxt sərf etməyə ehtiyac yoxdur. Çünki, bu gecədə heç kim sizə "zövqsüz" deyə bilməz. Mümkün olduğu qədər fərqli və maraqlı görsənməyə çalışın.

1.Don Vivienne Westwood $474
2.Çəkmələr Golden Goose $1365
3.Üzük Pamela Love $711
1.T-Shirt Marc by Marc Jacobs $55
2.Şalvar Lanvin $670
3.Kardiqan Givenchy $830
4.Krasovka Alexander McQueen $595
5.Şərf McQ by Alexander McQueen $295

Beləki, artıq bir neçə ildir ki,  Bakıda da Halloween partiləri təşkil olunur. Bu il isə,bu maraqlı bayram üçün  Buta Palace  nəzərdə tutulub. Əminəm çox maraqlı olacaq. Happy Halloween!!!
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...