Dior-un Bakıdakı qadın geyimləri butikindən sonra indi də Baby Dior şəhərimizdə açılır.Amma hələ də hər zaman trendlə ayaqqlaşan kişilərimiz üçün Dior Homme butiki açılmayıb. Bütün bu gördüklərinizi isə siz multibrand-lərdən əldə edə bilərsiniz.Beləki, məşhur dizayner Kris Van Assche tərəfindən yaradılan bu kolleksiya həddindən artıq trendy görsənir. Mənim üçün Lanvin, krasovka istehsalında xüsusilə də, high top modellərdə bir nömrədir.Amma bu Dior Homme krasovkalar heç də Lanvin-lərdən geri qalmır. Həqiqətən usta dizyner öz işini yaxşı bilir və bu kolleksiya ilə o lux geyinməyi sevən kişilərin nəbzini tutur. Çanta və aksesuarlar da əladır, amma mənim gözlərim iPhone üçün olan o case-də qaldı. Bir sözlə yeni sezonda kişi qarderoblarına daxil olacaq möhtəşəm kolleksiyadır.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə burdan baxa bilərsiniz.
No comments:
Post a Comment