Tarixin gəlmiş-keçmiş ən böyük dizaynerlərindən olan Alexander McQueen, öz qeyri-adi kolleksiyaları ilə heç vaxt yaddaşlardan silinmiyəcək. Soyuq qış günündə dünyaya müəmmalı şəkildə göz yuman McQueen hər kəsi kədərləndirdi.Fevral ayında ölən dizaynerə niyə bir tədbir keçirmədikləri mənim üçün çox maraqlı idi, sən demə planda London moda həftəsi var imiş.
McQueen-in xatirəsinə yığışan dostları, dizynerin ölmədən öncəki kolleksiyalarından geyinmişdi.Bunların arasında Daphne Guinness,Anna Wintour,Kate Moss, Sarah Jessica Parker,Naomi Campbell və Stella McCartney var idi.
Qonaqlar arasında olan Daphne Guinness McQueen imzalı ayaqqabılar ilə az qala yıxılırdı. Markanın geyimləri kimi ayaqqabıları da sənət əsəridir və bu sənət əsərlərini geyinmək heç də asand iş deyil.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment