İndi isə gecənin ən önəmli hadisəsi, əlbəttəki, "Qırmızı Xalça" törəninə ulduzların nə geyindiyinə nəzər salaq. Gecənin sürpriz rəngi qırmızı idi. Bir çox qonaq gecəyə qırmızının tonlarındakı geyimlərlə gəlmişdi. Açığı qırmızı xalçaya qırmızı geyimlərin yaraşmadığını düşünürəm. Oscarın bu ilki aparıcılarından olan Anne Hathaway Valentino-nun 2002-ci il Haute Couture arxivindən özəl bir geyim seçmişdir. Boyunbağısı isə Tiffany&co dandır. Sandra Bullock-un qırmızı Vera Wang seçimini daha çox bəyəndim. Jennifer Lawrence-nin Calvin Klein Collection dan seçdiyi geyimi gözəldir. Amma Oscar törəni üçün həddindən artıq sadə olduğunu düşünürəm.Ziynət əşyaları isə Chopard-dandır. Javier Bardem ilə gecəyə qatılan Penelope Cruz geyimini L'Wren Scott imzalı tünd qırmızı tonlarda seçmişdi.Təzə ana olmuş biri üçün geyimini dekalte hissəsinin həddindən artıq böyük olduğunu düşünürəm. İstər-istəməz rahatsız edici bir görüntü ortaya çıxır. Kathryn Bigelow isə sadə kəsimlərdəki, yaşına uyğun Yves Saint Laurent libas ilə gecədə gözəl görsənirdi.Jennifer Hudson Atelier Versace geyimi ilə gecənin ən pis görünən xanımı idi. Tək kəlimə ilə bərbad.
Gecənin ən gözəl seçim etmiş xanımlarını məhz bu fotoda toplamaq istədim. Mila Kunis Elie Saab imzalı tül libasında həddindən artıq gözəl görsənir. Bir digər gözəl görsənən xanım isə Mandy Moore idi. Xanım bol daşlı geyimini Monique Lhuillier-dan seçmişdir. Ziynət əşyaları isə Harry Winston -dur. Cate Blanchett Givenchy-nin son sənət əsəri Haute Couture kolleksiyasından möhtəşəm və fərqli bir libas ilə gecəyə qatılmışdır. Bu günə qədər qırmızı xalçalarda gördüyüm ən gözəl geyimlərdən idi. Sadə ziynət əşyaları isə Van Cleef & Arpels-dən idi. Michelle Williams isə Chanel Haute Couture geyimi və Harry Winston ziynət əşyaları ilə hər zamankı kimi çox gözəl görsənirdi. Scarlett Johansson-a Dolce&Gabbana tül geyimini çox yaraşdırdım amma dağınıq saç modelini heç bəyənmədim. Natalie Portman-ın mükafat aldığı Black Swan filmindəki geyiləri də hazırlayan Rodarte Oscar üçün aktrisaya romantik geyim hazırlamışdır.Hamilə xanım üçün qırmızı xalçaya seçiləcək ən uğurlu geyimlərdəndir. Ziynət əşyaları Tiffany & Co,ayaqqabıları isə Jimmy Choo-dur.
Hilary Swank Gucci Premiere-də çox gözəl görsənir. Tək əksik isə geyimin üst hissəsinin açıq olmasına baxmayaraq heç bir ziynət əşyasından, nə sırqa, nə də boyunbağıdan istifadə etməməsi idi. Sharon Stone-un Dior tək çiyin geyimini heç bəyənmədim. Saçları da bərbad görsənir. Bəyəndiyim tək şey isə Dior klarçdır. Nicole Kidman da Dior Haute Couture kolleksiyasından seçim edib. Fərqli və gözəl görsənir. Lakin möhtəşəm olduğunu deyə bilmərəm.Qırmızı Pierre Hardy ayaqqabıları isə geyimə çox yaraşıb. Amy Adams-ın L'Wren Scott imzalı mühavizakar kəsimlərdəki geyimi rəng və kəsim olaraq çox gözəldir. Bu geyimlə 1.35 million deyə taxdığı, geyimlə heç bir əlaqəsi olmayan, görünüşü bərbad edən Cartier boyunbağısı da çox gözəldi. Lakin bu geyimlə,bu boyunbağı heç cür bir araya gələ bilməz. Celine Dion-un Bulgari-dən seçim etdiyi yenə çox qiymətli boyunbağı isə Armani Prive geyiminə çox yaraşıb. Bu cür qiymətli ziynət əşyalarını yaxa hissəsi açıq geyimlərlə taxılması ən vacib şərtlərdəndir.14 yaşındakı Hailee Steinfeld isə Marchesa libasında sanki bir prinçesa idi.Ferragamo ayaqqabı və klarçı, eyni zmanda sadə tacı çox gözəldir.
Reese Witherspoon-un Armani Prive ağ-qara geyimini heç bəyənmədim.Yaşından böyük görsənir.Gwyneth Paltrow-un qırmızı xalçada daha uğurlu seçimlərini gördüyüm üçün açığı bu Calvin Klein geyimi bəyənmədim.Ziynət əşyaları Louis Vuitton-dır.Marisa Tomei 1950-ci il vintage Charles James kolleksiyasından seçim etdiyi geyimdə bərbad görsənir. Helen Mirren hər zamankı kimi kraliça gözəlliyində idi. Geyimi isə Vivienne Westwood imzası daşıyır. Ziynət əşyaları Cartier, ayaqqabıları isə Sergio Rossi-dir. Halle Berry modası keçmiş olduğunu düşündüyüm Marchesa geyimlə qatılmışdı. Nəhayət, Anne Hathaway-in Oscar törənində seçim etdiyi 2-ci geyimi-Givench Haute Couture libasını daha çox bəyəndim.
Bu dəfə də kişillərin ikinci planda, hətta bəlkə də heç bir planda olmadığı bir qırmızı xalça törəni izlədik. Düzü haqsızda deyillər, bütün kişilərin seçimi klassik smoking-lər idi. Oscar törəni olduğu üçün heç kəs riskə gedib qara rəngdən başqa seçim də etmiyib. Andrew Garfield Louis Vuitton smoking-ində çox yaraşıqlı görsənir.Oscarın ən çox diqqət çəkən qonağı Justin Timberlake isə seçimini Tom Ford-dan etmişdir.Hugh Jackman Salvatore Ferragamo imzalı klassik smoking-ində idi. Gecənin ən gözəl cütlüklərindən olan Matthew McConaughey reklam kompaniyalarında oynadığı Dolce & Gabbana smokingi, partneri Camila Alves isə Kaufman Franco imzalı qara libasında çox gözəl görsənirdilər. Armie Hammer və Mark Wahlberg isə Giorgio Armani smokingləri ilə gecənin yaraşıqlı aktyorları arasında idi.