Sunday, May 29, 2011
La Prairie Product Representation in Baku
İsveçrənin gözəllik və dəriyə-qulluq vasitələri istehsal edən lux markası La Prairie tezliklə Bakıda öz butikini açır. Nüfuzlu Neftçilər prospektində açılacaq La Prairie, Avenue butikinin düz yanında yerləşir.Beləki, mayın 19-da Çinar restoranında açılış şərəfinə verilən kokteylə Azərbaycan cəmiyyət həyatının ən gözəl və dəbli xanımları dəvət olunmuşdur.
İndi isə tədbirə dəvət almış xanımların geyimlərini daha yaxından incələyək. Bəzilərini tanımasam da, düşünürəm seçimlərinə göz gəzdirmək hər birimizə maraqlı olar.
1. Zülfiyyə Xanbabayeva, bəlkə də, Azərbaycan səhnəsində ən bəyəndiyim və hörmət etdiyim xanımdır. Çox təəssüf ki, eyni sözləri geyimi üçün deyə bilməyəcəm. Artıq çəkilərini gizlətmək üçün hər zaman qara rəngli seçimlər edən xanım, bu dəfə də Gio Guererri marka qara rəngli bir don seçmişdir.Geyimin parçasının qırışması xoş olmayan görüntü ortaya çıxarıb. Klarç seçimi isə çox gözəldir.Vivienne Westewood marka krem rəngli klarç, qara geyimlə çox uğurludur.
2.Aysel Teymurzadənin seçimini bəyəndim. Səhnəyə çıxacağını da nəzərə alsaq, Philipp Plein marka rəngli ipək don uğurlu seçimdir. Amishi marka möhtəşəm klarçı və Donna Karan ayaqqabıları ilə gecənin ən gözəl görsənən xanımları arasındadır.
3.Natalia Qonçarova-nın Vivienne Westwood marka korset donu həqiqətən möhtəşəmdir. Qızılı rəngli Donna Karan ayaqqabıları da geyimə çox yaraşır. Bu cür kokteyllərdə xanımları görmək istədiyim görüntü məhz budur.
4.Bir digər möhtəşəm görüntü nümayiş etdirən xanım isə OK jurnalının redaktoru Könül Nağıyevadır.Zərif donu, Chanel 2.55 çantası və Yves Saint Laurent Tribtoo platformaları ilə xanım həqiqətən qüsursuz görsənir.Ruhi Əliyevanın seçim etdiyi Francesco Scognamiglio marka kostyum isə çox maraqlıdır. Lakin kokteyl üçün nə qədər uyğundur o şübhə altındadır. Gələk ən əsas məsələyə, YSL marka möhtəşəm klarçını tamamladığı eyni rəngli YSL Trib too platformalar isə son dərəcə yanlışdır.Görünür xanım hələ də, çanta ilə ayaqqabıların eyni rəngli olması məcburiyyətinin olmadığını, hətta eyni rəngdə olmasının əksər zamanlarda yanlış olduğunu bilmir. Üstəlik seçim etdyi bu qapalı YSL Trib too-lar, bu tərz şalvarlarla heç uyğun deyil.
5.OK jurnalının redaktoru Könül xanımdan fərqli olaraq, Boutique jurnalının redaktorları Ayla Seyid və Lina Əliyeva həddindən artıq uğursuz seçimlər etmişdilər. Azərbaycanın ən öndə gələn moda jurnallarından birinin redaktorları, necə oldu ki, bu qədər zövqsüz geyimlər seçdilər bunu başa düşə bilmədim.Məncə hər kəsə moda trendlərini başa salan bu xanımlar, ilk öncə öz geyimlərinə diqqət etməlidirlər. Qara və bərbad geyimlərini bir kənara qoyuram,soldakı xanımın eynəkləri, digərinin isə qapalı köynəyin üzərinə taxdığı sepi çox gülməlidir. Bəlkə də, adi bir xanımın seçimi olsaydı bu qədər danışmazdım,lakin söhbət mənim ən sevimli jurnalım Boutique-in redaktorlarından gedəndə işlər biraz dəyişir.
6.Bu şəkildəki xanımları tanımasam da, digər xanımların çoxuna nəzərən daha gözəl geyinmişdirlər. Soldakı xanımın seçimi də qara rəngli sadə bir dondur, amma geyimi tamamladığı yaşıl rəngli YSL klarç, şərf və kəmər həqiqətən çox uğurludur. Fikir verdinizsə, xanımın seçim etdiyi YSL ayaqqabılar, klarçı ilə eyni rəngdə deyil . Bunu Ruhi xanıma misal göstərmək üçün bildirdim. Geyimin yaxasındakı zərif broşu isə çox bəyəndim.Bu xanım qədər uğurlu olmasa da, sağdakı xanımın da seçimi normaldır. Sadə qara donu, boz pencəyi, qara YSL platformalarını tamamladığı qırmızı Chanel çanta, seçimlərinə rəng qatmışdır. Təəssüf ki, geyim kokteyldən çox gündəlik və iş üçün daha məqsədə uyğundur.
7.Səbinə Həsənova sezonun ən sevilən geyimlərindən biri olan Stella McCartney marka sitrus meyvə bağlarının təsvir olunduğu möhtəşəm bir don seçmişdir. Hətta geyimi o qədər bəyəndim ki, seçim etdiyi o qəhvəyi çantanı görməməyə çalışdım.
8.Səbinə Rəhimovanın seçimi də Vivienne Westwood marka gözəl bir dondur. YSL ayaqqabıları geyimlə çox uğurlu olsa da, onlarca min dollarlıq krokodil Hermes Birkini bu tədbirə uyğun deyil. Sadə bir klarçla çox daha mükəmməl bir görüntü ortaya çıxarmaq olardı. Yanındakı, xanımın isə seçim etdiyi göy donu heç bəyənmədim.Geyim ilə eyni rəngdə olan YSL platformalar isə təəssüf ki, keçən sezonun kolleksiyasındandır.
9.Səbinə Əliyeva-nın sarı donu yaz aylarında kokteyllər üçün idealdır. Bu gözəl xanıma da çox yaraşıb. Digər xanımın D&G kolleksiyasından olan gül-çiçək donu da çox uğurludur. Hər iki xanımın çanta seçimi Lady Dior-dur.
10.Fəxriyyə Xələfova,tanıdığım yeganə Azərbaycanlı dizaynerdir. Bu gözəl xanımın seçimini də bəyənmədim. Təbii ki, geyimə pis demək olmaz, lakin bir kokteyl üçün çox adi və maraqsızdır.
11.Həyat yoldaşı ilə tədbirə gəlmiş Gülya xanım Mauruzio Pecoraro marka donu və Givenchy klaçı ilə çox sadədir.
12.Beləki, tədbirin ən bərbad seçimlərini etmiş xanımı Aytən Babayevadır.Phillipp Plein marka skull T-shirt və jeans pencəyi çox yanlış seçimdir. Ağır makyajı və yığılmış saçlarını da bəyənmədim. Sanki xanım makyaj və saç olaraq ziyafətə, geyim olaraq isə tam tərsi gündəlik gəzintiyə hazırlaşıb.
13.Nigar Nəzərova-Escudero, bu xanımı bəzi açılış və kokteyllərdən tanıyıram. İndiyə qədər hər gördüyümdə, son dərəcə düzgün və gözəl seçimlər etmişdir. Elə bu dəfəki, seçiminə də pis demək olmaz. Sadə qara donunu, göy rəngli pencəyi və Chanel çantası ilə tamamlayan xanım uğurlu bir kombinasiya yaratmışdır.
14.Bu fotodakı xanımın krem rəngli satin donu çox zərifdir. Seçiminin bir kokteylə çox uyğun olduğunu görmək olar.
15.Fərəh Əmrahovanın seçimi də, kokteylə son dərəcə uyğun Greek Goddess marka ağ dondur.Gina marka ayaqqabılarını və kokteyl üçün həddindən artıq böyük olduğunu düşündüyüm Francesco Scognamiglio klarçını isə heç bəyənmədim.
16.Bir digər fotodakı xanımın ağ libası da tədbirin konseptinə yaraşır.Bu ağ zərif donla ən gözəl seçim etmiş xanımlardan biridir desəm yalan olmaz.
17.Üzərində palto olduğu üçün, Kamilə Rzayevanın geyimi ilə bağlı heç nə demək olmaz, lakin o Alexander McQueen klarç həqiqətən əla və fərqli seçimdir. Ümid edirəm geyimi də, klarçı kimi möhtəşəmdir.
Çox təəssüfki, bu cür kokteyllər ölkəmizdə çox az keçirilir. Görünür buna görə tədbirə gələn bir çox xanım qarderobundan düzgün istifadə edə bilməyib.Xanımlarımızın seçimlərindəki əksiklərə bir göz gəzdirək.
1.Qonaqların çoxu tədbirə adi-qara gündəlik geyimlərdə gəlmişdi.
2.Bir çox xanım yalnış aksesuarlar seçmişdi.
3.Hər kəs, eyni markalara üstünlük vermişdi.
-Çanta seçimlərində ən çox Chanel, Hermes,Dior və LV. Klarç olaraq isə YSL.
-Ayaqqabı seçimlərində ən çox YSL Trib too. Hər-halda qonaqların 90%-i bu modeli seçmişdir.Bu xanımlara Christian Louboutin, Giuseppe Zanotti və Jimmy Choo kimi dünyada söz demiş lux ayaqqabı markalarının da olduğunu xatırlatmaq istəyirəm.
Friday, May 27, 2011
Leyla Aliyeva wears Yves Saint Laurent Sunglasses
Bəzən günəşdən qorunmaq, bəzən geyimi tamamlamaq, bəzən isə yorğunluğu gizlətmək üçün istifadə olunan gün eynəkləri, yay aylarının ən vacib aksesuarlarıdır. Oliver Peoples,Ray Ban, Persol,Tom Ford və daha bir çox markalar, hər sezon biri-birindən gözəl onlarla müxtəlif eynək modelləri təqdim edirlər. Bu sezonun gün eynəklərinə gəldikdə isə, çərçivə kəsimində dairə, oval və "cat-eye frame"-lər, rəng olaraq isə daha canlı rənglər dəbdədir. Təbii ki, klassik modelləri də yaddan çıxarmaq olmaz.
Məsələn, Leyla xanımın seçimi olan bu Yves Saint Laurent marka, qara rəngli "cat-eye frame" eynək, sezonun ən dəbli eynəkləri arasındadır. Şəxsi fikrimi soruşsanız satışda olan qırmızı rəngli modeli daha çox bəyəndim.

Hal-hazırda satışda olan digər "cat-eye frame" eynəklərələ daha yaxından tanış olaq.Hər zaman dəbi izləyən xanımlara, bu çərçivədəki eynəklərdən ən az birini mütləq qarderoblarına əlavə etməyi məsləhət görürəm.
Thursday, May 26, 2011
Patek Philippe 5270 Perpetual Calendar
Lux İsveçrə saatları istehsalçısı olan Patek Phillipe, yeni xronoqrafı- "Perpetual Calendar Chronograph Ref. 5270" təqdimatını ilk dəfə Baselworld 2011 sərgisində etmişdir. Ən incə detalları ilə belə eleqantlığı və mükəmməlliyi təmsil edən yeni model, klassik Patek Phillipe xronoqraflarının davamçısıdır.Saatın 18 karatlıq ağ qızıldan hazırlanmış korpusunun diametri 41 mm-dir.Safir şüşə ilə çərçivələnmiş bu korpus,krokodil dərisi kəmər ilə daha da dəbdəbəli olmuşdur.Saat həvəskarlarının dərhal kolleksiyasına əlavə edəcəyi bu möhtəşəm modelin qiyməti isə təxmini $155,000-dır. Dünyanın ən qiymətli saatlarını istehsal edən Patek Philippe, əlbəttəki,bu saatlarla yalnız zamanı yox, həm də statusu göstərir.
Wednesday, May 25, 2011
The New Mini by Dsquaired2
Dsquared2 |
Dsquared2 |
Agent Provocateur |
Diesel |
Gianfranco Ferre |
Katy Perry |
Kenneth Cole/Diane von Fustenberg/Calvin Klein |
Mario Testino(Famous Photograph) |
Missoni |
Versace |
Tuesday, May 24, 2011
Cannes Film Festival 2011
Nəhayət, "Cannes Film Festival"-ı sona çatdı. 10-gündür davam edən bu möhtəşəm festivalda bir çox filmlərin təqdimatı, yardım kompaniyaları və açılış kokteylləri keçirildi. Bu tədbirlərin qonaqları isə əlbəttəki, dünya ulduzları idi. Təbii ki, bu bir neçə gündə bütün modasevərlərin diqqəti məhz bu festivala yönəlmişdir. Kimin nə geyindiyinə, yaraşıb-yaraşmadığına və çatışmayan cəhətlərinə, birdə biz göz gəzdirək.
1. Başlayaq tədbirin baş qonağından, Angelina Jolie qırmızı xalça üçün sevimli dizayneri Atelier Versace-dən parlaq-qəhvəyi, straplez bir don seçmişdir. Beləki, geyimin solğunc rəngi bu sezona uyğun deyil. Ümumiyyətlə, Angelina bütün tədbir boyu, bu cür maraqsız seçimlər etmişdi.
2. Cheryl Cole-un V-yaxalı ağ cəsur geyimi möhtəşəmdir. Geyim Paris moda həftəsində təqdim olunan kutur dizayner Stephen Roland imzası daşıyır. Heç şübhəsiz, tədbirin ən gözəl görünən xanımlarından biridir.
3. Diane Kruger klassik Calvin Klein Collection kəsimləri olan sadə və zərif bir seçim etmişdir. Geyim xanımın üzərində həqiqətən çox gözəl durur.
4.Fan Bing Bing-in Elie Saab imzalı geyimi çox romantikdir. Zərif fransız üsulu saçları, makyajı və ziynət əşyaları ilə birlikdə qüsursuz görüntü yaradan aktrisa nağıllarda təsvir olunan pərilərə bənziyir.
5-6.Gwen Stefani-ni iki müxtəlif geyimdə görmək mümkündür. Öz dizaynı olan L.A.M.B donda çox gözəl görsənəsə də, bir digər seçimi olan ağ Armani Privé donun kəsimlərini heç bəyənmədim. Makyajı da çox ağır olduğu üçün, göz yorucudur.
7. Tilda Swinton qırmızı xalçanın hər zaman fərqli görsənən xanımlarındandır.Daha çox Jil Sander və Haider Ackermann kimi sadə və fərqli kəsimləri olan dizaynerlərdən geyinməyi sevən xanım, bu dəfə də Haider Ackermann imzalı donda çox gözəl görsənirdi. Onu hər zaman qeyri-adi və özünəməxsus tərzdə görməyə artıq alışdıq.
8.Bir digər Haider Ackermann geyinən xanım isə Janet Jackson-dur.Bu marknı daha çox Tilda-ya yaraşdırsam da, Janet-in görüntüsünə də pis demək olmaz.
9-10.Victoria's Secrets-in ən sexy modellərindən biri olan Doutzen Kroez də qonaqlar arasında idi. Gözəlliyi və qüsursuz bədən quruluşu ilə, nə geyinsə özünə yaraşdıran bu xanım, bir-birinin ardınca iki sadə geyimdə görsəndi. Ağ uzun libas Emilio Pucci-dir.
11. Freida Pinto-nun seçim etdiyi parlaq Lanvin don sadəcə gözəldir. Əlavə birşey deməyə məncə ehtiyac yoxdur.
12.Zoe Salandra isə sezonun trendi olan eninə zolaqlı Armani Privé geyinmişdir.Geyimin volume-lu ətək qismi çox fərqlidir.
13-14.Məşhur aktrisa Kristen Dunst-ı tədbir boyunca bir-birindən gözəl geyimlərdə görmək mümkün idi.Məsələn, bu Chanel don xanıma həqiqətən çox gözəl yaraşıb. Bu cür zövqlü xanımdan gözləmədiyim bir seçim isə, geyimin rəngi ilə yaxından-uzaqdan əlaqəsi olmayan qara ayaqqabılarıdır. Digər geyimi də bənzər rənglərdəki Chanel-dir. Lakin, bu dəfə xanım eyni səhvi etmədən, çox daha gözəl bir görüntü nümayiş etdirir.
15. Bəlkə də, bu günə qədər ilk dəfədir ki, Sarah Jessica Parker-in uğursuz seçim etdiyini görürəm. Ağ Dolce&Gabbana don çox adi və maraqsızdır. Üstəlik,qalın kəməri və boynundakı 3-4 qatlı mirvari sepi də, ümumi görüntünü daha da bərbad edib. Ümid edirəm sevimli aktrisam SJP ən qısa zamanda bu görüntünü yadaşlardan siləcək, gözəl seçimlər edər.
16.Rachel McAdams-ın qısa ağ donu Maxime Simoens Couture kolleksiyasındandır.Çiyin və bel hissəsindəki zərif güllər geyimi fərqli və gözəl edib.
17.Alexa Chung-ın minimalist kəsimli ağ Chanel donunu qırmızı xalçaya heç yaraşdırmadım.
18.Bir digər uğursuz seçimi isə Courtney Love etmişdi. Beləki, Givenchy kutur kolleksiyasından olan sənət əsəri don xanımın üzərinə çox böyükdür.
19.Karolina Kurkova-nın seçimi də Chanel-dir. Model qaşlar və mirvarilərlə bəzədilmiş bu möhtəşəm geyimdə həqiqətən çox gözəl görsənir.
20.Sezonun ən diqqət çəkən modellərindən biri olan Julia Saner, Emilio Pucci libası ilə göz qamaşdırırdı.
21.Milla Jovovich də ən cəsur geyinən xanımlar arasında idi. Beləki,xanım bu Atelier Versace libasda çox sexy görsənir.
22.Naomi Campbell son zamanlarda deyəsən zövqünü itirib. Met qaladakı Alexander McQueen donunun bənzəri olan bu Givenchy don da, çox möhtəşəm, lakin xanımın ağ dərisinə uyğun olmayandır. Kimisə bu xanımın ağ rəng geyinməsinə əngəl olmalıdır.
23.Tədbirin hədiyyə poketinə bənzəyən xanımı isə Penelope Cruz idi.Hər tərəfdən tüllərlə bəzədilmiş bu Marchesa geyim çox uğursuzdur.
24. Salma Hayek əlbəttəki, ərinin sahib olduğu Gucci Group-a daxil olan markaların birindən seçim edəcəkdi. Elə seçimi də, Gucci Premiere oldu. Geyimi, aksesuarları, saçı və makiyajı ilə mükəmməl bir görüntü nümayiş etdirir.
Festival davam etdiyi müddətdə, dünya ulduzlarını bir neçə dəfə qırmızı xalçada görmək mümkün idi. Beləki, biri-birindən gözəl geyimləri, xanımlar ən qiymətli ziynət əşyaları və aksesuarlarla tamamlamışdı. Chopard, Cartier və Bulgari kimi markalardan seçilmiş möhtəşəm ziynət əşyaları insanın gözlərini qamaşdırıdı. Lakin heç şübhəsiz bütün Cannes festivalı müddətində ən diqqət çəkən ziynət əşyasını məhz Bianca Balti taxmışdır. Bu möhtəşəm zümrüdlər de Grisogono zərgərlik evinin əl işidir. Əminəm bu dəstə sahib olmaq, hər xanımın arzusudur.
Tədbirin bir digər yadda qalan seçimi isə, məşhur model Anja Rubik-in göy Emilio Pucci libasla geyindiyi Giuseppe Zanotti ayaqqabılardır. Beləki, məşhur zərgərlik evi Chopard ilə ortaq hazırlanmış ayaqqabının üzərində 360 karatlıq daş-qaş var. Qiyməti isə $200,000-dır(125,000 pound).

Monday, May 23, 2011
Aston Martin V12 Zagato Concept(2011)
Məşhur İtalyan şirkəti Zagato ilə ortaq hazırlanmış bu yeni Aston Martin, may ayının 21-də "Villa D'Este Concours"- da görücüyə çıxarıldı.Bu möhtəşəm idman avtomonbilinin yeni dizaynı, ənənəvi Aston Martin kupe seriyasını təmsil edir.
Zagato-nun gücünə gəldikdə isə, 517 at gücünə malik avtomobil, 5,9 litr həcimli V12 mühərriklə təhciz olunmuşdur. Qiymət barədə bir məlumat verilməsə də, çox az tirajla istehsal olunmasının planlaşdırıldığı açıqlanıb. Hər incə detalı zövqlə hazırlanmış avtomobilin, heç olmasa 1-ni şəhərimizdə görməyi ümid edirəm.
I Saloni 2011(Milan Furniture Fair)
Bu il Milanda 50-si baş tutan Beynəlxalq Mebel Sərgisi "İ Saloni 2011" haqqında, neçə vaxdır post etmək istiyirdim, qismət bugünə imiş. Beləki, dünyanın 2700-dən çox məşhur şirkəti, dizayn və mebel sektorundakı ən son trendləri təqdim etmək üçün, bu sərgidə toplanmışdı. Sərgidə əsas mebel dəstləri ilə bərabər, mebel aksesuarları,işıqlandırma avadanlıqları, mətbəx, hamam və ofis mebelləri də təqdim edildi.
Yubiley ili oduğu üçün, sərgidə bəzi müsabiqələr də keçirilirdi, ən maraqlısı isə, gənc dizaynerlərin layihələrinin dəyərləndirilməsidir.
Yubiley ili oduğu üçün, sərgidə bəzi müsabiqələr də keçirilirdi, ən maraqlısı isə, gənc dizaynerlərin layihələrinin dəyərləndirilməsidir.
Friday, May 20, 2011
Arzu Aliyeva in White Lace Dolce&Gabbana Dress
Bu sezon ağ krujevalı parçaların çox dəbdə olduğunu, 2011-ci il yaz-yay moda trendləri haqqinda danışarkən(burdan baxa bilərsiniz) demişdim. Erdem, Ralph Lauren, Oscar de la Renta və Brioni kimi markaların son kolleksiyalarında, biri-birindən gözəl ağ krujevalı donları görmək olar. Lakin, bu romantik parçadan danışarkən Dolce&Gabbana-nın adını xüsusilə qeyd etmək lazımdır.
Elə Arzu Əliyeva da, bu yaxınlarda Buta Palace-da keçirilən tədbir üçün, Dolce&Gabbana imzalı, çox zərif krujevalı, ağ don seçmişdir. Hal-hazırda, satışda olan bu möhtəşəm ziyafət libası, Arzu xanıma həqiqətən çox gözəl yaraşıb. Klarç seçimi isə, qara Bottega Veneta knot-dur. Tam olaraq hansı model olduğunu fotolardan görə bilmirəm, lakin ən sadə modelləri belə ziyafət və qırmızı xalçalar üçün çox idealdır .Qara rəngli klarç geyim ilə uyğun olsada, uğurlu seçim deyil. Gümüşü, krem,qırmızı, hətta ağ rəngli klarç ilə ümumi görüntünü daha uğurla tamamlamaq olardı. Heç bir ziynət əşyasından istifadə etməyərək, geyimini və təbii gözəlliyini ön planda tutması isə, ümid edirəm, yeni il yolkası kimi, hər nə tapsa taxan xanımlarımıza nümunə olar.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.
Sezonun ortaları olmasına baxmayaraq, artıq Dolce&Gabbana kolleksiyasının tamamı dünya ulduzları tərəfindən, müxtəlif tədbirlər üçün seçilmişdir. Bunlardan Chanel İman, Diane Kruger, Blake Lively və Anne Hathaway-in adını çəkmək olar.
Qırmızı xalçalarda, ən çox seçilən klarçlar məhz Bottega Veneta-nın knot-larıdar. Hər sezon klassik modellərlə bərabər, onlarca yeni və fərqli modelləri də, satışa çıxarılan bu knot-lar sürətlə tükənir.

Thursday, May 19, 2011
Men's Sandals S/S 2011
Yayın qızmar günlərində, hər kəs daha rahat geyim və ayaqqabılara üstünlük verir.Bu isti sezonun ən uyğun ayaqqabıları isə heç şübhəsiz, sandallardır(босоножки). Bu dəfə 2011-ci il yaz-yay kişi kolleksiyalarında olan sandallara nəzər salaq. Lanvin, Hermes, Burberry və Bottega Veneta kimi markaların kolleksiyalarında, bu trendy ayaqqabıların daha çox növünə rast gəlmək olar.
Xüsusilə də, qladiator modelləri, yay aylarında qısa şort ilə geyinmək üçün idealdır. Lakin, ən böyük yalnış bu ayaqqabıların corablarla geyinilməsidir ki, bunuda yay aylarında Bakı küçələrində çox görmək olar. İndi isə sezonun satışda olan sandalları ilə daha yaxından tanış olaq.

Hər biri çox gözəldir, lakin mən Bottega Veneta-nın yaşıl sandallarını və Burberry-nin uzunboğaz qladiatorlarını daha çox bəyəndim. Ümid edirəm Bakıdan heç olmazsa birini əldə edə biləcəm.
Subscribe to:
Posts (Atom)