Saturday, April 30, 2011

Royal Wedding Guests

Daha əvvəl də dediyim kimi Prince WilliamKate Middleton cütlüyünün möhtəşəm toyuna dünyanın ən sayılıb-seçilən insanları dəvət almışdır. İndi isə dəvət alan qonaqları və onların geyimlərini daha yaxından incələyək.


Beləki, ən az gəlin qədər diqqət çəkən bir digər xanım isə Kate-in bacısı Pippa Middleton idi. Alexander McQueen imzalı möhtəşəm ağ libas geyinən Pippa qırmızı xalçada gəlinin ətəyini tuturdu. Sadə, zərif kəsimləri olan don, xanıma çox gözəl yaraşıb.


Toyun dəvətliləri arasında DavidVictoria Bechkam cütlüyü də var idi. Beləki, Victoria  toydan  əvvəl öz kolleksiyasından bir geyimi seçəcəyini bildirmişdi. Geyimin geniş minimalist kəsimləri xanımın hamiləliyini tamamilə gizlətmişdir. Libas həqiqətən çox gözəldir, lakin rənginin qara olması heçdə uğurlu seçim deyil. Philip Treacy marka papağı(şapka) isə tək kəlimə ilə möhtəşəm idi. Ən maraqlısı isə normal insanın belə çətinliklə geyinə biləcəyi hündür Christian Louboutin platformalardır. Hamilə xanımın bu ayaqqabıları seçməsi çox böyük riskdir. David Bechkam Ralph Lauren Collection-dan smoking seçimi etmişdir . Boz rəngli qalstukunu isə heç bəyənmədim.



İngiltərə baş nazirinin xanımı Samantha Cameron isə ziyafətə Burberry marka yaşıl bir don seçmişdir. Aksesuar olaraq çanta deyil narıncı şərfdən istifadə etməsi çox qəribədir. Bu gözəl geyimi elə narıncı rəngli bir klarçla tamamlasa idi daha gözəl olardı. Aksesuar seçimi isə bir digər türk-ingilis dizayner olan Erdem kolleksiyasından idi.



Kraliça Elizabet isə sarı rəngli geyimi və papğı(şlyapa) ilə hər zamankı kimi çox aristokrat görsənirdi. Ziynət əşyası kimi mirvaridən istifadə etməsi də, bu "şirin nənə"-yə çox gözəl yaraşıb.


Digər qonaqlara gəldikdə aralarında çox zərif və gözəl görsənənlərlə bərabər, çox zövqsüz geyinən xanımlar da var idi.
-Digər Bəyəndiklərim.



-Bəyənmədiklərim.

Friday, April 29, 2011

Prince William və Kate Middleton Evləndi(Royal Wedding)


Nəhayət, aylardır səbirsizliklə gözlənilən gün gəldi çatdı. Bu gün Prince William Kate Middleton möhtəşəm bir törənlə evləndilər. Hər kəs kimi, məndə toyu böyük bir maraqla  gözləyirdim və BBC-dən canlı izləmək imkanım oldu. Westminster Abbey-də baş tutan mərasim, Britaniya adət-ənənələrinə sadiq qalınmış, əsl "Krallıq Toyu"("Royal Wedding") idi. Mərasimin hazırlanması, qonaqların geyimi, ümumiyyətlə toyun özü, insana sanki filimlərdən izlədiyimiz və kitablardan oxuduğumuz keçmiş zamanları xatırladırdı. Yəni tarixə kiçik bir səyahət də demək olar, bu toya. Dünyanın bütün əsilzadələri, duşesləri, kral və kraliçaları, eləcədə ən ziayalı insanları bu toyun dəvətliləri arasında idi. Xanımların zərif, muhafizəkar donları, bəylərin smoking vəya xüsusi hərbi geyimləri həqiqətən çox maraqlı idi. Bu barədə bir sonrakı yazımda daha ətraflı yazacam, indi isə tədbirin baş qəhramanlarının geyimlərinə nəzər salaq.


Uzun zamandır bütün media-nın gündəmini məşğul edən Kate-in gəlinlik seçimi ilə bağlı fərziyələr nəhayət bu gün sonlandı. Erdem, Alice Temperley, Vera Wang və Burberry kimi bir çox dizaynerin adı çəkilsə də, toy gününə qədər dəqiq heç bir məlumat verilmədi.Gəlinliyi hazırlamaq isə Alexander McQueen-in kreativ dizayneri olan Sarah Burton-a qismət oldu. Geyimin romantik üst hissəsini gördükdə ağlıma gələn ilk cizgi Monako kraliçası olmuş əfsanəvi Grace Kelly-nin gəlinliyi idi.

Kate Middleton/Grace Kelly

Daha sonra tamamını gördükdə isə ilk ifadəm "ÇOOX GÖZƏL SEÇİMDİR" oldu. Kate, bu  zərif və modern kəsimləri olan Alexander McQueen gəlinlikdə tarixin ən aristokrat gəlinləri arasında daxil oldu. Demək olarki, son dönəmdə gördüyüm ən gözəl seçimi edən, "İngilis Krallığı" gəlinidir. Üst hissəsinin tamamı  krujeva ilə örtülən gəlinliyin, uzun və çoxda qabarıq olmayan ətək hissəsində də bu parçadan istifadə olunub.


 Fata olaraq son dərəcə nazik tüldən istifadə edilməsi ən zəyif küləkdə belə onu dalğaılandırdı. Buda ortaya gözəl bir görüntü çıxarırdı.


 Gəlinin tacı, dünyanın ən böyük zərgərlik evlərindən biri olan Cartier tərəfindən 1936-cı ildə hazırlanmış "halo" idi. Ziyafət üçün  William-ın smoking seçimi  isə qırmızı rəngli hərbi geyim idi.


Thursday, April 28, 2011

Yeni Bentley Continental GT 2011


Bentley Continental GT 2011- 8 il bundan əvvəlki ilk modelin tamamilə yeniləşdirilmiş versiyasıdır. Bu dinamik idman görünüşlü  avtomobildəki ilk nəzərə çarpan dəyişiklik ön və arxa faralardadır.


Beləki, 6 litr həcimli twin-turbo (W12) mühərriklə təhciz olunmuş yeni Bentley, 567 at gücünə malikdir.Bir əvvəlki modeldən 65 kq yüngül olan yeni Continental GT 100km/saat üçün 4.4 saniyə vaxt sərf edir. Avtomobilin maksimal sürəti isə 318 km/saat-dır.


Avtomobilə quraşdırılmış 8 düyümlük touchscreen ekran naviqasiya və Google Maps (Google Xəritələr xidməti) kimi xidmətlərdən də rahatlıqla istifadə etməyə imkan verir. Ümumiyyətlə salonda istifadə edilmiş ən son texnologiya və yüksək keyfiyyətli materiallardan danışmağa məncə ehtiyac yoxdur.



Bir digər yeni xəbər isə, Bentley, bu avtomobilin(Bentley Continental GT) V8 modelini də təqdim etməyə hazırlaşır. 4 litr həcimli mühərrik, Audi avtomobil şirkəti ilə ortaq hazırlanıb. Yeni mühərriklə təhciz olunmuş avtomobilləri isə şirkət 2012-ci ildən etibarən satışa çıxarmağı planlaşdırır.


Yeni Continental GT (V12) $190.000 başlayan qiymətlərlə Avropada satışa çıxarcaq. 2012-ci ildə istehsal olunacaq V8 modelinin qiyməti isə $150.000 daha ucuz olaması planlaşdırılır. Bu qiymətlər Azərbaycan sərhədləri çərçivəsində hər nə qədər realdır, bunu demək çox çətindir, amma bu möhtəşəm avtomobilə sahib olmaq istəyənlər üçün məncə bunun heç bir fərqi yoxdur.


Wednesday, April 27, 2011

Carbonite iPhone Case


"Star Wars" filmindəki məhşur epizoddan götürülərək hazırlanmış bu fərqli iPhone kopusunu(case) çox bəyəndim. Apple şirkətinin baş idarəçilərindən biri olan Steve Job,  öz kiçik heykəlini iPhone 4 modelinin arxasına həkk etdirib. Həqiqətən, çox maraqlı ideyadır. Lakin, əminəm ki, bu modeli özünlə gəzdirmək çox narahat olar. Yenə də, insan bu cür fərqli telefona sahib olmaq istəyir. Bu günə qədər bir çox qiymətli daşlar və materiallardan hazırlanmış iPhone gördüm,ən yaradıcı olanı isə budur.

Tuesday, April 26, 2011

Jil Sander Yaz/Yay 2011 Kolleksiyası

Yaz-yay 2011 sezonunda ən çox bəyəndiyim kolleksiyalardan biri də Jil Sander oldu. Hər zaman minimalist kəsimləri ilə sevilən Jil Sander, bu dəfə də ənənəsinə sadiq qaldı. Bu sezonun sevindirici xüsusiyyəti isə, bütün üslublarda olduğu kimi minimalist üslubda da mümkün qədər depresiv qara rəngdən uzaq durulmasıdır. Nəticəsi isə, son dərəcə sadə və rəngarəng minimalist geyimlərdir.


Kolleksiyada  diqqət çəkən neon rənglər yaz-yay ayları üçün ideal olsada, bir çox xanımlar bu rənglərdən uzaq durmağa çalışır. Lakin, unutmayaq ki, bu sezon son dərəcə parlaq rəngli geyimlər çox dəbdədir və  bir çox markaların kolleksiyalarının əsasını təşkil edir. Bu cəlbedici rəngləri bir-biri ilə uyğunlaşdırıb geyinməsəniz belə, ən azından onların qara vəya ağ rənglə uyğun kombinasiyasını yaradın. Beləcə həm daha az diqqət çəkərsiniz , həm də bu rənglər üzərinizdə göz yorucu olmaz.

 Jil Sander kolleksiyasının, bu sezon üçün trend yaradan ikinci motivi isə, gül-çiçək printləridir. Daha əvvəl 2011 yaz-yay moda trendləri haqda danışarkən, bu iki xüsusiyyətin sezon ayları üçün çox vacib olduğunu və bir çox kolleksiyalarda rast gəlindiyini demişdim. (burdan baxa bilərsiniz)

Markanın geyimləri qədər aksesuarları da çox fərqlidir. Bu sezon ən çox seçilən çantalar arasında olan dəri və parça "market" çantaları həqiqətən çox gözəldir.


Dünya ulduzlarının sevimli markası olan Jil Sander, hər zaman qırmız xalçada uğurlu geyinən xanımların seçimi olmuşdur. Son dərəcə sadə lakin,  bir o qədər də fərqli geyinməyi sevən xanımlar, Jil Sander kolleksiyalarını yaxından izləsin.

Monday, April 25, 2011

Valentino Yaz/Yay 2011 Kişi Kolleksiyası


Qırmızı xalçaların əvəzolunmaz markası olan Valentino, qadın kuturye geyimlərində öz sözünü demiş ən böyük moda evlərindən biridir. Hər nə qədər qadın kollekisyalarındakı geniş çeşidi və  müxtəlifliyi kişi kolleksiyalarında görməsək də, bu bir neçə geyimdən ibarət olan kiçik kolleksiyasını həqiqətən çox bəyəndim. Heç düşünmədən hər birini ala bilərəm. Müxtəlif kəsimli kostyum və smoking-lər yaz-yay aylarındakı ziyafətlər və qırmızı xalça törənləri üçün idealdır. 





 Açıq qəhvəyi tonlarda olan kostyum və yaşıl pencək (altdakı foto) yaz aylarında kişi qarderoblarının "olmasa olmaz "("must have") geyimləridir. Hələ o yosun yaşılı pencəyi hədiyyə olaraq alsam çox sevinəcəm.)))

Kolleksiyadakı bir-birinə möhtəşəm uyğunlaşan cins, köynək və dəri gödəkçələr, Valentino-nun klassik geyim üslubu ilə bərabər denim üslubda da çox uğurlu olduğunu göstərir. Təəssüf ki, kolleksiya çox kiçikdir və sadəcə bir neçə geyimdən təşkil olunub.





 Sevindirici hal isə Bakıdakı Valentino butikindən həm kişi, həm də qadın geyimlərini əldə etmək mümkündür.


Sunday, April 24, 2011

Gucci's 1921 Collection


Bu il Gucci yaranmasının 90-cı ilini qeyd edir. 1921-ci ildə Guccio Gucci  tərəfindən əsası qoyulan lux İtalyan moda evi, dünyanın ən zəngin tarixə malik olan hazır geyim və aksesuar markalarındandır. Gucci-nin tarixində dünya modasına yön verən bir neçə dizaynerin adına rast gəlmək olar.Bunların ən başında Tom Ford gəlir. Demək olarki, marka tarixindəki ən böyük uğurları məhz Tom Ford ilə əldə edib. Artıq son 5 ildirki, Gucci ilə uğurlu əməkdaşlıq edən  Frida Giannini isə, hər zaman markanın modern cizgilərini və tarixini ön planda tutan bir dizaynerdir. Hər nə qədər Tom Ford-un əvəzləyicisi olmadığını düşünsəm də, Gucci-nin son yaz-yay qadın kolleksiyasını gördükdən sonra fikrim dəyişdi. Həqiqətən bu sezonun trendini yaradan möhtəşəm Gucci kolleksiyası yazın başlaması ilə modasevərlərin qarderobuna sürətlə daxil olmağa başladı.


Bu exclusiv aksesuar kolleksiyası isə markanın 90-cı yaşı üçün xüsusi olaraq hazırlanıb. Yüksək keyfiyyətli dəridən hazırlanmış çanta,ayaqqabı və aksesuar kolleksiyası iyun ayından etibarən satışa təqdim olunacaq. Krokodil dərisi çantalar sezona imzasını atacaq qədər ikonik və gözəldir. Əminəm bu sezon xanımlar bu çantalara sahib olmaq üçün bir-biriləri ilə yarışacaqlar.









Related Posts Plugin for WordPress, Blogger...