Friday, December 24, 2010

Luxury Market in Baku


Günü-gündən inkişaf edən Bakıda, hər gün yeni bir markanın açılış billboardunu görmək məni çox sevindirir.Demək olarki, Azərbaycanda lux geyim və aksesuar sektoru iki əsas şirkətin əlində cəmləşir. Dior, Gianfranco Ferre,Celine, Tom Ford, Bvlgari, Tiffany&co,Casadei və Sergio Rossi kimi markaların Rusiya ilə bərabər Azərbaycanda da təmsilçiliyini edən Emin Agalarovun varisi olduğu Crocus şirkətlər qrupu və digəri isə SİNTEKS-dir. Bu şirkət də dünyanın ən lux və məşhur markaları: Gucci, Dolce&Gabbana, Burberry, Emporio Armani, Ermenegildo Zegna, Kiton, Salvatore Ferragamo, Etro, D&G, Pal Zileri, Corneliani, Valentino, Escada, Marina Rinaldi və  bir çox başqa markaların Azərbaycandakı təmsilçiliyini edir.

Şirkətin biznes inkişaf direktoru Aziz Balayevin 2010-cu il Azərbaycandakı lux sektor haqqında CPP-LUXURY.COM saytına verdiyi interview-da Azərbaycanda lux geyim sektorunun daim inkişafda olduğunu, dünya böhranının Azərbaycandakı lux sektordan yan keçdiyini bildirdi.

Aziz bəy 2010-cu ildə Azərbaycanda ən çox satış edən markaların Burberry, Dolce&Gabbana və Ermenegildo Zegna olduğunu söylədi və daim yeni markaları Azərbaycana gətirmək üçün danışıqlarda olduqlarını dedi. Daha sonra isə bir maraqlı faktı, Azərbaycandakı alıcıların butiklərdən bir dəfədə ortalama 800 ilə 1000 avro arasında alış-veriş etdiyini bildirdi.

Ümumiyyətlə, son 2-3 ildə Azərbaycanda dünyanın ən böyük moda evləri öz butiklərini açdı. Lakin, Louis Vuitton, Hermes, Prada, Fendi və bir çox başqa markalar hələ də Azərbaycan bazarına girməyə cəsarət etmir.Ümid edirəm, ən qısa zamanda onlarıda Bakıda görə biləcik.

Orginal interview-nu burdan oxuya bilersiniz. Press material CPP-LUXURY.COM

No comments:

Related Posts Plugin for WordPress, Blogger...