Armani, Dolce&Gabbana, Dior və Prada kimi bir çox marka öz moda aksesuarları arasına mobil telefonları da əlavə etmişdir.Belə ki, bu markaların istehsal etdikləri telefonlar texnologiya baxımdan olmasa da, dizayn baxımdan digər telefonlardan çox fərqlənir. Xüsusilə Versace-nin LG ilə ortaq çalışması olan Unique-ni çox bəyəndim. Versace Unique üç düyümlük,zərbəyə davamlı, touch screen yəni toxunuşla çalışan ekranı,ətrafı lakla boyanmış keramika ilə çərçivələnmişdir.Bu telefonun dizaynında 18 əyyarlıq qızıl ,paslanmaz polad və keyfiyyətli dəridən istifadə edilir.Xüsusi sifarişlə krokodil dərisindən də istifadə edilməsi mümkündür.5 meqapixellik kamera 30 dəqiqəlik çəkim imkanı verir.Lux dizaynerlərin telefonları arasında seçim etsəm, yəqin ki,Versace Unique-ni seçərdim. Çünki, öz dizaynındakı dəyərli və keyfiyyətli detalları onu rəqiblərindən kəskin fərqləndirir. Bu da təbii olaraq qiymətə təsir göstərir.Versace Unique telefonları $6900 dan başlayır, xüsusi sifarişləri isə $18800 a qədər qalxır.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment