Thursday, December 23, 2010

Leyla Aliyeva in Roberto Cavalli

Dekabır ayının 7-də The Ritz-Carlton otelində Harper's Bazaar Rusiya jurnalı böyük bir yardım kampaniyası həyata keçirdi.Beləki, gecəyə dünyanın və Rusiyanın bir çox zəngin və ziyalı adamları dəvət olunmuşdu.Leyla Aliyeva və Emin Agalarov da dəvətlilər arasında idi.


 Beləki, Leyla Əliyeva bu dəfə də xanımlar arasında ən gözəl və zərif geyinən xanımlardan biri idi. Gecəyə Roberto Cavalli Resort 2011 kolleksiyasından sadə, uzun  libas ilə qatılan Leyla xanım hər kəsin gözünü qamaşdırdı.Çox təəssüf ki, bu möhtəşəm Cavallinin qısa formasını daha öncə məşhur müğənni Leona Lewis və mavi rənglisini isə aparıcı Michelle Hunziker geyinmişdi. Heç şübhəsiz Leyla xanım bu geyimi daha gözəl daşımışdır.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.


Gecənin bir digər gözəl xanımı isə Aysel Trudel idi. Bəlkə də, bu xanımı Azərbaycanda çoxları tanımır amma Aysel xanım Rusiya cəmiyyət həyatının öndə gələn xanımlarındandır. Dünyanın ən tanınmış brendləri ilə əməkdaşlıq edən bu xanım 1-2 il bundan əvvəl Rəsul Rza küçəsində Aizel multibrend butikini açmışdı. Lakin hal-hazırda bu butik fəaliyyətini dayandırmış yerində isə kaşmir istehsalçısı Loro Piana öz butikini açmışdır.Öz möhtəşəm J.Mendel Fall 2010 kolleksiyasından seçdiyi libası ilə gecənin bir digər gözəl xanımı  idi. Geyimin rənginə tikilişinə söz ola bilməz, elə Aysel xanım da geyimi  çox gözəl daşımağı bacarıb.Aksesuar olaraq boyunbağı deyildə tacdan istifadə etməsi geyimin gözəlliyinin ön plana çıxmasına imkan verib yəni bol aksesuarla geyimin gözəlliyini 2-ci plana atmayıb. Həqiqətən çox uğurlu seçimdir.

Gecənin ən marağlı hadisəsi isə tədbirdə Emin Ağalarovun səhnəyə çıxıb mahnı oxuması oldu.


Bu  tədbirin qonağları arasında dünyanın ən məşhur və sevilən modellərindən biri olan Natalia Vodyanova da var idi və model gecədə podiuma  çıxıb Dior, Loewe və Givenchy kimi markaların  geyimlərini  təqdim edib.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...