Cinslər, T-shirtlər, dəri gödəkçələr və krasovkalar qısacası, denim gənclərin ən sevdiyi geyim üslublarından biridir. Bu sahədə dünyada söz demiş bir neçə marka var. Bunlar arasında Levis, Guess , Diesel, Miss Sixty və Calvin Klein Jeans kimi markalar daha çox ön plana çıxır. Bu denim markaların çoxu artıq Bakıda öz butiklərini açmışdır. İndi isə daha bir neçəsi şəhərimizdə özünə yer elədi.
Ümumiyyətlə, denim deyərkən ağıla ilk olaraq Amerika qitəsi gəlir. Bu sahədə Guess xüsusi yerlərdən birini tutur.Demək olarki dünyanın əm məşhur və sevilən modelləri bu markanın üzü olmuşdur.Bunlar arasında Naomi Campbell, Claudia Schiffer, Carla Bruni(hal-hazırda Fransa First Lady-sidir) və Paris Hilton kimi dünya ulduzları da var. Guess Bakıdakı öz birinci butikini bir neçə il bundan əvvəl açmışdı. İndi isə marka Guess by Marciano adlı digər kolleksiyasını təqdim etmək üçün ikinci butukini açır.
Amerika qitəsi kimi Avropanın da denim sahəsində önəmli yeri var.Elə digər marka da məhz Avropa modasını təmsil edir.
Diesel-in bu sektorda nə qədər önəmli yeri olduğunu yəqin ki, bilməyən yoxdur. 1978-cı ildə yaranan marka dünyanın dörd bir yerinə yayılmışdır. Diesel-in Bakıya gəlməsi isə məni çox sevindirdi.
Bir də yeri gəlmişkən, dünyanın ən çox sevilən və rahat geyim üslubunun təmsilçilərindən biri sayılan Fransız marka Lacoste öz ikinci butikini bu yaxınlarda şəhərimizdə açdı.Miss Sixty və Energie isə yerini dəyişərək Calvin Klein Jeans-ə qonşu olur.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.
No comments:
Post a Comment