Tuesday, December 7, 2010

Leyla Aliyeva Choose Victoria Beckham Design

      Bu günə qədər arasında Beyonce, Jennifer Lopez və Gwen Stefani kimi bir çox dünya ulduzlarının da olduğu məşhurlar dəfələrlə geyim, aksesuar və ayaqqabı kolleksiyaları dizayn etmişdir.Ümumiyyətlə də, yalnız fanatların buna çox böyük marağı olmuşdur. Lakin cəmiyyət xanımları dediyimiz müəyyən bir kütlənin bu heç marağında olmur. Bəlkə də, ortada bu qədər çox profesionallar olduğu üçündür. Lakin, Victoria Beckham-ın öz kolleksiyalarına göstərdiyi xüsusi rəğbət, məşhurların da  onun kolleksiyasından seçim etməsinə səbəb olur.Bizim cəmiyyət həyatının da  öz işləri qədər düzgün geyimləri ilə də fərqlənən xanımlarından biri olan Leyla Aliyeva-nı  bir neçə dəfə Victoria Beckham-ın dizayn etdiyi geyimlərdə görmək olur. Təəssüf ki,bəzən  bu seçimlər  dünya ulduzları ilə üst-üstə düşür. Bu  isə heç də ürək açan bir vəziyyət deyil.
      Bu da Leyla Aliyeva və ulduzların  Victoria Beckham Design-dan seçdikləri.1-ci şəkildə Leyla Aliyevanın 2010-cu il Noyabr ayında geyindiyi bu qara donu, Victoria Beckham özü 1 il bundan əvvəl Burberry Fashion Show-suna gəldikdə geyinmişdi.Hər iki ulduzun ayaqqabı seçimi isə Yves Saint Laurent-dir.


Bu altdakı Victoria Beckham donu isə daha gözəldi və Leyla xanımın bədən quruluşuna çox uyğundur. Təəssüf ki, bu geyim də 2 dünya ulduzu Jennifer HudsonBlake Lively-nin seçimi ilə eynidir.Blake Lively bu geyimlə qara Yves Saint Laurent ayaqqabı seçərkən Leyla xanım bu ayaqqabının qızılı(Yves Saint Laurent) rənginə üstünlük verilmişdir.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

3 comments:

Anonymous said...

ysl ayaggabinin qiymeti?

Kevin Rudolf said...

Hal-hazırda bu modellər satışda yoxdu amma YSL-lərin buna bənzər yeni modelləri təxmini 795 dollardır.

Anonymous said...

thank uu for informatiionn.. men daha baha bilirdim ucuzdu

Related Posts Plugin for WordPress, Blogger...