Monday, December 27, 2010

Leyla Aliyeva in Jitrois Dress


 Lux Fransız moda evi  Jitrois-in əsası Jean-Claude Jitrois tərəfindən təxmini 25 il bundan əvvəl qoyulmuşdur. Beləki, lux dəri geyim istehsaıçısı olan Jitrois 1995-ci ildə yeni parça növünü- streç dərini kəşf etdi.Bədəni kip saran bu dəri növü qısa zamanda aralarında Beyonce, Lady Gaga və Liz Hurley kimi ulduzların da olduğu modanı yaxından izləyən xanımların qarderobuna daxil oldu. Eyni texnikanı 2006-cı ildə streç biton dərisinin istehsalında da tətbiq edən dizayner daha da sevilməyə başladı.
Bizim cəmiyyətin həyətanın ən gözəl geyinən xanımlarından olan Leyla Əliyeva da bu markanın dərilərini geyinən xanımlar arasındadır.Beləki, gördüyümüz Jitrois marka qara streç donu Leyla xanım ağ pencəklə geyinməyi uyğun görüb.Təbii ki,bu qara və ağ rənglərin kombinasiyası çox uğurla alınması ilə bərabər, Leyla xanıma da çox yaraşıb.


Demək olar ki, hər geyimini Yves Saint Laurent-ın müxtəlif ayqqabıları ilə tamamlayan xanım, bu dəfə də qızılı  YSL Trib Too-nu seçmişdir. Ümüd edirəm Leyla xanım geyimləri qədər ayaqqabı seçimlərində də dəyişiklik edəcək.Məsələn, Christian Louboutin, Jimmy Choo, Charlotte Olympia, Manolo Blahnik, Giuseppe Zanotti kimi dünyada söz demiş və sevilən ayaqqabı dizaynerlərinin 100-lərcə gözəl və Leyla xanıma yaraşacaq modelləri var. Bəlkə də,Hermes Birkinlər Victoria Beckhamın əvəz olunmazı olduğu kimi  YSL ayaqqabılar da Leyla xanımın tutqusudur.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.
Hal-hazırda satışda olan digər Jitrois marka geyimlər. 

No comments:

Related Posts Plugin for WordPress, Blogger...