Saturday, December 18, 2010
Fashionable Leyla Aliyeva and Emin Agalarov
Daha əvvəlki postlarımda da Leyla Aliyevanın stilini çox bəyəndiyimi sizinlə paylaşmışdım . Yerinə görə qarderobundan düzgün seçim etməyi çox gözəl bacaran bu xanım öz seçimləri ilə də hər zaman moda trendlərini izlədiyini göstərir. Bu dəfə də Leyla xanım həqiqətən çox maraqlı bir kombinasiya yaratmağı bacarıb. Beləki, straples mini ətəyini, sezonun ən çox seçilən parçalarından olan Balmain köynəklə geyinən Leyla Aliyeva çox uğurlu seçim etmişdi. Sezonun bir digər dəyərli parçalarından olan Yves Saint Laurenti-in bu rock-chick metal detallarla bəzədilmiş platformaları geyimə çox uyğundur. Geyimi qara deyil qəhvəyi tondakı Fendi çanta ilə tamamlaması isə yerinə düşüb. Qara və qəhvəyi tonların uyumu hər zaman bu cür uğurlu alınmır amma Leyla xanım bunu uğurla bacarıb. Çantanın bir digər özəlliyi isə xüsusi sifarişlə üzərinə ad və soyadın baş həriflərinin yazıla bilməsidir. Bunu Leyla xanımın çantasında da görə bilərik. Gecənin bir digər, ən az Leyla xanım qədər karizması və hər zaman düzgün güyimi ilə diqqət çəkəni isə Emin Agalarov idi. Bəzən xanımların geyiminə çox fikir verildiyindən, bəylər 2-ci plana düşür, bunu Oscar və başqa bir çox törəndə də görmək mümkündür. Emin bəy yenə sadə klassik kostyumunu qara rəngli ayaqqabıları ilə tamamlamışdır. Düzü, Emin Aglaraova denim stili daha çox yaraşdırıram və bu tərzdə daha çox görmək istiyirəm. Ümumiyyətlə, cəmiyyət həyatının bu iki önəmli insanının hər zaman düzgün və son moda trendləri ilə geyinməsi bir çoxlarına örnək olmalıdır.Məsələn, hələ də cəmiyyət həyatında başdan ayağa eyni yorucu rəngdə geyinib hədiyyə paketinə bənzəyən və zöqü korlayan insanlar var. Mümkün qədər bu yanlış seçimlərdən uzaq olmaq lazımdır.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment