Wednesday, December 15, 2010

Chanel Pre-Fall 2011


Moda industry-si tam sürət davam edir.Bir sezonu incələyib qurtarmamış, yeni sezonu görücüyə çıxır. 2011 yaz-yay sezonu təzə bitmişdi ki,indi de Pre-Fall(payız) 2011 sezonu təqdim edildi. Bizə də incələmək və fikir bildirmək qalır.

Chanel Kolleksiyası hər zamankı kimi bu dəfədə zəngin qadını təmsil edirdi .Karl Lagerfeld(kreativ dizayner) Pre Fall üçün qızılı motivlərlə zənginləşdirilmiş bir kolleksiya təqdim etdi. Daha çox orta yaş qrupu üçün nəzərdə tutulan kolleksiya düz kəsimlər, klassik Chanel pencəkləri və ətəkləri ilə yenə də hər kəsin zövqünü oxşadı.Lakin günümüzdə Chanel orta yaş qurupu ilə bərabər gənc xanımlarında qarderobuna daxil olmuşdur.Alexa Chung,Keira Knightley-nin son dönəmdəki qırmızı xalça törənlərindəki Chanel seçimləri buna sübutdur.Bir çox parça  isə sanki tarixi əsərdir və muzey üçün hazırlanıb.Onları geyinmək nədi, toxunmaq belə ən böyük günahdır)))))




Geyimlər nə qədər gözəldisə ayaqqabılar da bir o qədər uğursuzdur. Məncə, Karl Lagerfeld bu işə başqa bir profesionalı cəlb etməlidi.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...