Bu yaxınlarda Fransada Azərbyacan mədəniyyəti üçün çox önəmli bir tədbir keçirildi. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın da qatıldığı tədbirə, Azərbaycan incəsənətinin "Dünya Mədəniyyətinin Paytaxtı", Parisdə layiqli təbliğatı üçün möhtəşəm bir konsert programı hazırlanmışdı.
İndi isə biraz modadan))Bir çox First Lady-lərin qarderobları ya həddindən artıq sıxıcı kostyumlardan, ya da Michelle Obama-nın seçimləri kimi çox qabarıq və zövqsüz geyimlərdən ibarətdir.Lakin, Mehriban Əliyeva dünyadakı First Lady-lər arasında öz işləri ilə bərabər düzgün və gözəl geyimləri ilə də diqqəti çəkir. Beləki, ilk baxışdan bir Christian Dior-u xatırlatsa da, Mehriban xanımın seçimi Oscar de la Renta-dan romantik tül dondur. Amerkan markanın(Oscar de la Renta) dizaynı olsada, heç şübhəsiz bu geyim bizə zərif fransız üslubunu və gözəlliyini xatırladır.Əminəm ki, elə Mehriban xanımın da Paris səfərində seçiminin bu geyim olmasının əsas səbəbi geyimin fransız zərafətində olmasıdır. Bütün bunlar Azərbaycan xanımlarının moda ilə necə yaxından marağlandığını və mühitə görə öz qarderobundan necə düzgün seçim etdiyini göstərir. Tək kəlimə ilə möhtəşəm. Normal olaraq biraz qürurlanıb, Michelle Obama-ya acıq vermək gəlir içimdən)))
No comments:
Post a Comment