45 ölkədən illik zərgərlik və saat sərgisi üçün dünyanın ən böyük şirkətləri İsveçrənin Basel şəhərinə toplandı. Beləki, sərgidə Chopard,Bulgari,Tissot,Ulysse Nardin,Tag Heuer, Gucci, Chanel,Longines və daha 100-dən çox lux saat və zərgərlik markası öz məhsullarını təqdim etdi.Sərginin ən maraqlı saatları məhz İkepod markasının təqdim etdiyi bu antik qum saatları idi.10 və 60 dəqiqəlik zamanı göstərən qum saatının kolbası sınmayan və yüksək temperatura dözümlü şüşədən hazırlanıb.
Lakin bu show-da da hər kəsin fikri daha çox mexaniki saatlarda idi. Titan, keramika, yüksək texnologiya ilə hazırlanmış mexanizm, qiymətli daşlar,karbon fiber və dəri kəmərlər. Bütün bunlar niyə daha çox diqqətin mexaniki saatlarda olduğunun əsas sübutudur.
Sərginin ən diqqət çəkən bir neçə saatı ilə tanış olaq.Məsələn, Chanel J12 Chromatic kvarsdan və iki mexanizim ilə təqdim olunur.18 əyyarlıq qızıl və briliyantla zənginləşdirilən saatın digər detallarında yüksək keyfiyyətli safir,titan və keramikadan istifadə olunub.
Daha bir möhtəşəm saat isə Bulgari tərərfindən təqdim edildi. Bu saatında korpusu keramikadan və safir şüşədən hazırlanıb. Kəmərləri isə krokodil dərisidir.
Ən qiymətli saatlardan biri isə Hublot tərəfindən təqdim edildi.Tamamı 142 karatlıq brilliant daşlarla bəzədilən Hublot Big Bang-in korpusu 18 əyyarlıq ağ qızıldan hazırlanıb.Saatın qiyməti isə 2 millon avrour.(2,8 million dollar)
Sərgidə Tag Heuer daha çox Formula1 modeli ilə diqqət çəkdi.Yuxardakı Hublot-dan çox daha sadə gözəlliyi və eleqantlığı olan bu Tag Heuer mənim ən bəyəndiyim saatlar arasındadır.Kişilər üçün qara, qadınlar üçün isə ağ modeli nəzərdə tutulub.
No comments:
Post a Comment