Wednesday, March 9, 2011

LVMH Acquires Bulgari

LOUİS VUİTTON MOET HENNESY, daha çox LVMH  kimi tanınan, dünyanın lux sektordakı ən böyük şirkətlərindəndir. Fransız şirkətin sahibi isə Bernard Arnault-dur. Beləki, Bernard Arnault bu böyük şirkəti qurmaq üçün ilk olaraq dünyanın lux içki istehsalçıları olan Moet ChandonHennessy şirkətlərini satın alıb. 1987-ci ildə  Louis Vuitton moda evini də şirkətinə birləşdirərək, lux marakalar imperatorluğunun əsasını qoydu. Elə şirkətinin adını da  sahib olduğu bu ilk üç markanın adından götürərək LOUİS VUİTTON MOET HENNESY qoymuşdur.


Daha sonra isə, Christian Dior, Fendi, Donna Karan, Givenchy, Kenzo, Marc Jacobs, Loewe, Celine , Hublot, Zenith , Tag Heuer, Guerlian kimi daha bir neçə lux markanı da tərkibinə əlavə edən şirkət, qısa müddətdə dünyanın ən böyük lux kompaniyalarından birinə çevrildi. Ən böyük rəqibləri isə Gucci Group (Hal-hazırda fransız PPR şirkəti tərəfindən alınıb) və Richemont-dur.Keçən il isə LVMH ailə şirkəti olan Hermes-in 17,1% səhimlərinə sahibləndi.

 Dünən oxuduğum bir xəbərdə isə şirkət dünyanın ən böyük və lux ziynət əşyaları şirkəti olan Bulgari-nin 51%-i alıb. Beləki, Bulgari-nin hissələrinə sahib olmaq üçün LVMH 5,2 milliard dollar ödəyib. 

Bernard Arnault müsahibələrinin birində hər zaman şirkətin tərkibinə yeni markaları əlavə etməyə çalışdıqlarını söyləyib. Şirkət ArmaniBurberry kimi markaların da səhimlərini almaq istədiklərini açıqlayıb.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...