Daha çox dəri çanta, klarç və aksesuarları ilə modasevərlərin qəlbinə yol tapan marka, bu dəfə də ənənəsinə sadiq qalaraq möhtəşəm kolleksiya təqdim etdi. Kolleksiyanı izləməyə başladığımda, ilk geyimlər məni çox da təəccübləndirmədi. Normal, klassik, rəngarəng yun geyimlər. Birazda rəngləndrilmiş Chanel havası hiss olunurdu. Lakin, bir müddət sonra kolleksiyanın ahəngi tamamən dəyişdi. Biri-birini əvəzləyən qarışıq rəng kombinasiyonuna malik möhtəşəm donlar,tül və məxmər detalları,kiçik kardiqanlar və s. Bütün bu geyimlərdə xanımlar sanki məşhur rəssamların portiretlərindən çıxmış kimi gözəl və kübar görsənirdilər.
Nəhayət kolleksiyanın kuliminasiya nöqtəsi son dörd couture geyim idi. Bu cür geyimlər tamamən Bottega Veneta kolleksiyasına yaddır. Dizayner bir ilkə imza ataraq, böyük risk alıb amma məncə çox uğurlu alınıb. Üst hissəsi korset, alt hissəsi atlas bu geyimlərə hətta möhtəşəm də demək olar. Mən çox bəyəndim, əminəm ki, bir çoxlarınız mənimlə razısınız.
Hər sezon markanın ən ikonik klarçı olan knotlara başqa rəng və gözəllik verən dizayner bu dəfə də bu işin öhdəsindən layiqincə gəldi. Bu çanta və klarçlar yaxın zamalarda xanımların qarderoblarının ən vacib parçalarına çevriləcək. Əminəm ki, bu çanta və geyimlərin bir çox modeli Bakıdakı Bottega Veneta butikinə də gələcək.Kolleksiyaya şəxsi qiymətim 10 üzərindən 9.
No comments:
Post a Comment