Bu gün Christian Dior moda evi rəsmi olaraq John Galliano-nu Dior-un kreativ dizaynerliyindən çıxartdığını açıqladı.Bunun səbəbi isə Galliano-nun bir kafedə oturarkən yahudi bir cütlüyün irqlərinə sataşması olub.Bundan sonra dizayner göz altına alınıb. Galliano-nun sürücüsü və advakatı bütün bunları yalanlasada moda evi belə bir açıqlama verib: "Dior dünyanın hər yerində satılan bir markadır. Moda insanların xəyyalarını bəzəyir, amma eyni zamanda da etnik kodlara hörmət edir." Bundan başqa keçən günlərdə "The Sun" qəzetinin online səhifəsində yayınlanan bir videoda,Galiano-nun Hitleri dəstəklədiyini bildirən bir sözlə "I Love Hitler" kəlməsini işlətməsi də yahudilərin narazıçılığına səbəb olmuşdu. Markanın Miss Dior Cherie reklam kompaniyalarının üzü Natalie Portman isə belə bir açıqlama vermişdir."John Galliano-nun bu videosu məni şoka saldı və iyrəndirdi. Yəhudi olmağdan qurur hissi keçirən biri olaraq cənab Galliano ilə heç bir bağlantımın qalmasını istəmirəm"
Ən marağlısı isə gələn həftə Paris moda həftəsində Dior dəfiləsinin nə olacağıdır.
Bu kimi bədbəxt hadisələr tarix boyu moda dünyasında olub, məsələn, bu yaxınlarda Vogue Paris-in direktoru Carine Roitfeld-in Tom Ford-la bərabər 6 yaşındakı uşaqlardan istifadə edərək hazırladığı pornoqrafiklik çağrışdıran nömrəyə görə Vogue editor-luğundan qovulması. Carine Roitfeld açıqlamasında belə deyib "Tom Ford nömrəsi məni bitirdi"
Bundan bir neçə il əvvəl isə məşhur İngilis model Kate Moss narkotikdən istifadə etdiyi yerdə görüntüləndiyi üçün dərhal reklam kampaniyalarında oynadığı və üzü olduğu Burberry-dən qovuldu. Bundan sonra, sıra ilə Chanel və H&M də Kate Moss-u öz reklam kompaniyalarından çıxardı.
No comments:
Post a Comment