Thursday, March 10, 2011

Blake Lively for Chanel


Məşhur aktrisa Blake Lively Chanel Mademoiselle-in yeni üzü seçildi. Beləki, klassik Chanel çantalarını təqdim etmək, Lily Allen-dən sonra Blake Lively-ə tapşırıldı. Son dönəmdəki ən gənc moda ikonlarından biri sayılan Blake Lively-ni qırmızı xalça törənlərində daha çox ChanelMarchesa imzalı libaslarda görmək mümkündür. Həm də,xanımların arzularını bəzəyən bu Chanel geyim və aksesurlar üçün heç bir pul ödəmir.


Ayaqqabı seçimi isə demək olar hər zaman Christian Louboutin-dir. Hətta dizayner aktrisanın şərəfinə Blake adlı platforma da dizayn edib.

Blake by Christian Louboutib
Bundan başqa dizaynerin yaxın dosdu olduğu üçün 40 cüt Louboutin ayaqqabıya sadəcə 9000 dollar(nəzərə alsaq ki, 1 cüt Louboutin ayaqqabısı ortalama 1000 dollardır.) kimi az bir məbləği ödəyən yeganə insandır.

Blake Lively və Christian Louboutin
Amerikalı bir xanım olmasına baxmayaraq Fransız marka Chanel-in üzü olması,bu da azmış kimi Karl Lagerfeld-in onun şərəfinə özəl qonaqlıq verməsi hər ulduza nəsib olan bir şans  deyil.

Karl Lagerfeld və Blake Lively
Bundan başqa Vogue jurnalının 2 dəfə ən aşağı tirajla satılan nömrələrinin üzü olmasına baxmayaraq, Vogue kraliçası Anna Wintour'un həmişə sahib çıxdığı bu qızcığaz moda dünyasının son dönəmdəki ən önəmli isimlərindəndir.

 Əslində bu xanımda qeyri adi gözəllik də yoxdur.Reklamlar isə çox sadə və marağsızdır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...