Tuesday, August 16, 2011

Romantic Wedding of Kate Moss(Vogue September)


Vogue sentiyabr nömrəsi həddindən artıq maraqlı və həyəcanlandırıcıdır. Qapağda möhtəşəm Alexander McQueen imzalı libası ilə Kate Moss, iç səhifələrdə isə bu yaxınlarda baş tutan  toyunun görüntüləri,məncə bu qədər detal yeni nömrəni almaq üçün kifayət edər.Açıq havada baş tutan möhtəşəm toyun hər bir görüntüsünü məşhur fotoqraf Mario Testino çəkib.







Toyun nağıllardakı kimi olması üçün ən incə detallar belə fikirləşilib. Sadəcə bu oturacaqlara və masaya baxanda belə nə demək istədiyim əminəm aydınlaşır.


Yeni həyat yoldaşı ilə ağac altında çəkilmiş bu romantic fotonu isə daha çox bəyəndim.


Əlbəttəki, moda dünyasının şahzadəsi evləndiyində toyun qonaqları da ən az Met Gala-dakı kimi olur. Christian Louboutin-dən Marc Jacobs-a,Daphne Guinness-dən  Stella McCartney,Carine Roitfeld-dən Jude Law-a hər kəs Kate Moss-un dəvətliləri arasında idi. Modellərdən isə yalnız Naomi CampbellLara Stone-u görə bildim.


Bu möhtəşəm toyu Vogue ilə əbədiləşdirdiyi üçün Anna Wintour təbrik etmək lazımdır.

2 comments:

fashionista said...

Kate Moss-dan bir model kimi beyenmeyime baxmayaraq, bu fotosessiyasi chox xoshuma geldi. Esl romantika.

Kevin Rudolf said...

Toyunun goruntuleri oldugu ucun daha da maraqlidir.

Related Posts Plugin for WordPress, Blogger...