Monday, August 1, 2011

New Season Must Haves for Men

Artıq endirim sezonu başa çatır və yeni sezonun möhtəşəm kolleksiyaları vitrinlərdə öz yerini alır. Elə indidən yeni sezonda nələri almağı planlaşdırırsınız, bunun listini hazırlasanız əla olar. Məsələn, mən hər sezon mütləq bir "must have" listi hazırlayıram və büdcəmi də buna görə uyğunlaşdırıram. Yeni sezondan ilk arzuladığım geyimlər bunlardır. Ümid edirəm bir çoxunu ala biləcəm.
1.Bu sezon  Givenchy-nin RottweilerBalenciaga-nın Ovcharka printli sviterləri ən bəyəndiyim iki model arasındadır. Təbii ki, birini almağı planlaşdırıram, amma hansını alacam hələ də qərar verməmişəm.Mənə elə gəlir üstünlüyümü Givenchy-nin Rottweiler  modelinə verəcəm.
Givenchy$960/Balenciaga$860

Sezonun digər bəyəndiyim sviterləri arasında Alexander McQueen-in Skull,Burberry Prorsum-un ağac və Jil Sander-in narıncı modelləri ilə bərabər Etro,LanvinMaison Martin Margiela-nın bu möhtəşəm kardiqanları da var.

Etro$1260/Jil Sander$560/Alexander McQueen$750
Lanvin$625/Maison Martin Margiela$580/Burberry
Prorsum$1495

2.Klassik kostyum və smoking-ləri yalnız xüsusi günlərdə istifadə etdiyim üçün bu geyim növləri qarderobuma biraz uzaqdır, lakin Richard James marka bu pencəyə qətiyyən yox demərəm.

Richard James $1060

3.Ralph Lauren-in bu qəhvəyi köynəyi çox baha olmasına baxmayaraq, hər kişinin qarderobunda olmalı "must have" parçalardandır.Yüksək keyfiyyətli materialı olan bu köynəyi, fotodakı kimi klassik şalvardansa, amerikan üslublu bir cinslə geyinməyə üstünlük verərdim.Bundan başqa PS by Paul Smith marka qırmızı köynək gündəlik cinslə geyinmək üçün, Gucci marka klassik köynək isə ziyafət üçün ideal seçimdir.

Ralph Lauren $1995
PS by Paul Smith $250/Gucci $1035
4.Üst geyimlərində hər zaman ilk seçimimi Burberry-dən edirəm.Biri-birindən gözəl trençlər,gödəkçələr,paltolar və kurtkalar markanın ən dəbli parçalarıdır.Bu sezon da qarderobuma daha bir Burberry Prorsum trençkot əlavə etmək istəyirəm. Bundan başqa yun gödəkçə də möhtəşəm seçimdir. Üst geyimi olaraq Alexander McQueen-in bu qırmızı jiletini çox bəyəndim. Sezonun ən dəbli seçimləri arasındadır.Əlbəttəki, yağışlı və qarlı havalar üçün birdə "balonka"-ya ehtiyac var. Mənim seçimim Ralph Lauren-in bu modelidir.

Burberry Prorsum$2500/Burberry Prorsum$2415
Alexander McQueen$1370/Ralph Lauren $795
5.Bu sezon şalvar olaraq Ralph LaurenViktor&Rolf-un bu gördüyünüz modellərini qarderobuma əlavə etməyi planlaşdırıram.
Ralph Lauren$450
Viktor&Rolf$555
Cins olaraq ilk seçimim Dolce&Gabbana-dır.
Dolce&Gabbana$550
6.Hər hansı bir sezon çətin də olsa paltar almaya bilərəm, lakin ayaqqabı almadan dayanmaq həqiqətən çox çətindir. Məsələn, bu yay sezonu üçün Prada-nın bu Oxford ayaqqabılarını Bakıdan tapa bilmədim,yaxşı ki, eyni modellər qış sezonunda da satışda olacaq.Əgər yenə Bakıda tapa bilməsəm mütləq İtalyaya yolumu salmalı olacam.Daha əvvəllər də dediyim kimi Lanvin krasovkada ən sevdiyim markadır.Elə bu high top(uzun boğaz) modeli də qış üçün idealdır.GucciHarrys of London-un botları bu sezonun olmazsa olmaz modelləridir.

Prada$795/Lanvin$700
Gucci$880/Harrys of London$795

7.Şərf seçimində Alexander McQueenBurberry, dəri aksesuarlarda isə Bottega Veneta ən sevdiyim markalardır.

Yves Saint Laurent$2300/Gucci$950/Bottega Veneta$1150
Burberry$1005/Burberry$425/Alexander McQueen$295
Persol$380/Bottega Veneta$1350/Dunhill$235
 P.S Luxury Baku blogunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...