Wednesday, August 10, 2011

New BMW Series


Sentiyabır ayında Frankfurt Motor Show-da təqdim olunacaq BMW i3 i8 modelləri artıq görücüyə çıxarıdı. 2013-cü ildən satışa çıxarılması planlaşdırılan bu modellər markanın ilk elektriklə çalışan avtomobillər seriyası olacaq.


Günümüzdə ekonomik avtomobillərin getdikcə rolunun artığını nəzərə alan BMW ilk olaraq i3 modellərini reallaşdırdı. Minimum ölçülərə malik olan bu avtomobil 125KW  elektrik motorla təhciz olunub ki, buda ona 170 at gücü qazandıırır. Avtomobil 60km/saatı yığmaq üçün 7.9 saniyə vaxt sərf edir.



Növbəti model isə daha sportiv dizayna malik i8-dir. Beləki, 349 at gücünə malik elektrik mühərriklə təhciz olunmuş bu modelə, həm də 3 litr həcimli qazla hərəkətə gələn mühərrik  quraşdırılmışdır.Avtomobil 60km/saatı yığmaq üçün 4.6  saniyədən də az vaxt sərf edir.





 Növbəti plan isə bu "eco-sport" seriyanı tamamlamaq üçün i4 i5 modellərini işləyib hazırlamaqdır. Yeni i4 modeli i3-ün daha sport versiyası yəni iki qapılı mini sport avtomobil olması, i5-in isə orta ölçülü 4 qapılı sedan olması planlaşdırılır. Bu ultra modern dizayn olunmuş avtomobilləri gördükdən sonra seriyanın davamı daha da həyəcanlı olmağa başlayır.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...