Victoria Beckham-ın ilk kolleksiyalarını imitasiya olduğunu düşündüyüm üçün heç bəyənmirdim,lakin son payız-qış kolleksiyası çox fərqli və özünəməxsusdur.(Daha ətraflı fikirlərimə
burdan baxa bilərsiniz).Xanımın dizayn etdiyi geyimlər qədər çantaları da diqqət çəkir. Hər birinin cəlbedici rəng və dəri seçimi olan bu çantalar xüsusilə də sadə və klassik formaları ilə seçilir.Çantaların bir müsbət çəhəti isə üzərində logo olmamasıdır. Məncə heç bir logo-ya ehtiyac da yoxdur,çünkü hər biri formaları ilə asanlıqla hansı marka olduğunu bildirir.Elə 100-lərcə
Hermes çantanın sahibi olan bir xanımdan da bu cür timeless(zamansız) və ikonik çantalar gözləmək olardı.Qiymətlərə gəldikdə ən sadə dəridən olan modellər təxmini
$1800-dan başlayır.
|
Victoria Beckham S/S and F/W 2011 Bags |
Satışa çıxması ilə tükənməsi bir olan çantaları dünyanın ən zəngin xanımları dərhal öz qarderoblarına əlavə edir.Bizim cəmiyyət həyatında da ilk olaraq
Leyla Əliyevanın Victoria Beckham dizayn çantaları götürdüyünü görmək olar.Leyla xanımın seçim etdiyi model forma olaraq
Chanel 2.55-ə bənzəsə də, şəxsi fikrimcə daha üstündür. Nəzərə alsaq ki, Azərbaycanda keçirilən tədbirlərdə hər 5 xanımdan 4-ü
Chanel 2.55 götürür,
Victorianın bu modeli bizim xanımlar üçün həqiqətən əla əvəzləyicidir. Leyla xanımın seçim etdiyi birinci çantanın krokodil dərisi olub olmadığını fotolardan dəqiq görə bilmirəm. Xanımın seçim etdiyi ikinci çantanı isə daha çox bəyəndim. Yenə də exzotic dəridən hazırlanmış bu çəhrayı çanta Leyla xanıma həqiqətən çox yaraşıb.Istifadə olunan çəhrayı dəri kərtənkələ(lizard) dərisidir.Ümid edirəm,Azərbaycan xanımlarını daha çox bu cür gözəl seçimlərlə görə biləcəyik.
P.S
Luxury Baku blogunun
Facebook səhifəsinə
burdan daxil ola bilərsiniz.
No comments:
Post a Comment