Mükafatlara gəldikdə :
-Ən Yaxşı Video Mükafatı- Katy Perry-Firework
-Ən Yaxşı Qadın Video Mükafatı-Lady Gaga-Born This Way
-Ən Yaxşı Kişi Video Mükafatı-Justin Bieber-U Smile
-Ən Yaxşı Pop Video Mükafatı-Britney Spears-Till The World Ends
-Ən Yaxşı Duet-Katy Perry ft Kanye West-E.T
-Ən Yaxşı Xareoqrafiya-Beyonce-Run This World və s.
İndi isə qonaqların seçim etdiyi geyimlərə göz gəzdirək.Gecənin ən gözəl və fərqli görsənən xanımı heç şübhəsiz Katy Perry idi. Yeni çəhrayı saçları və biri-birindən gözəl dörd seçimi. İlk seçimi uzaq şərq mədəniyyətindən ilhamlanaraq hazırlanmış Atelier Versace idi.Geyimə uyğun Jimmy Choo ayaqqabıları,çətiri və gülümsəməsi ilə MTV ruhunu ən gözəl təmsil etdiyini düşünürəm. Digər seçimidə üzərində adı yazılmış CD-lərdən hazırlanmış maraqlı bir geyimdir.Səhnədə ifasını isə möhtəşəm Tom Ford imzalı uzun tül donla etdi. Nəhayət mükafatları alarkən Christian Dior imzalı libas geyinən xanım Philip Treacy imzalı kvadrat papağı və Giuseppe Zanotti imzalı rəngli ayaqqabıları ilə əla görsənir.
Gecənin bir digər gözəl görsənən xanımı isə ana olmağa hazırlaşan Beyonce idi. Düzü bu günə qədər hər kəsdən gizlətməsi böyük bacarıqdır.Narıncı Lanvin libası xanıma çox gözəl yaraşıb, lakin çox aksesuardan istifadə etməsi yersiz olub. Uzun sırğalar,böyük yaşıl daşlı üzük nəyisə amma o qolbaq həddindən artıq diqqət çəkir və yersiz detaldır.Beyonce səhnədəki performansını isə Dolce&Gabbana imzalı smoking-lə etdi.
Zoe Saldana Barbara Bui imzalı donu və ayaqqabıları ilə gözəl görsənir.
Katie Holmes-in seçim etdiyi don klassik Azzedine Alaia-dır.Ayaqqabıları isə geyimə heç uyğun deyil. Donun bənzərini xatırlasanız daha əvvəl Arzu Əliyeva da geyinmişdi(burdan baxa bilərsiniz).
Britney Spears gecənin ən pis görünən xanımları arasında idi. Moschino imzalı donu, bu don ilə geyindiyi bərbad Gina ayaqqaıları həqiqətən çox zövqsüzdür.
Nicki Minaj-a məncə söz deməyə ehtiyac yoxdur. Sanki oyuncaq maqazinidir.
Selena Gomez Julien McDonald imzalı möhtəşəm bir libas seçib. Brian Atwood marka qızılı ayaqqabıları da gözəldir,lakin yaşınan çox-çox böyük görsəndiyini düşünürəm. Bu cür gənclərin yaşına uyğun geyinməsinin daha doğru olduğunu düşünürəm.
Nəhayət Lady Gaga, gecənin ən diqqət çəkən xanımı, yenə də missiyasını uğurla tamamladı. Səhnəyə Joe Calderone imici ilə çıxan xanım hər kəsi heyrətləndirdi. Lady Gaga-nı və canlandırdığı xarakteri tanımayanlar əminəm onun həqiqətən kişi olduğunu düşünüb)).
Beləliklə, bir MTV VMA-nın da sonuna gəldik.Açığı çox da yadda qalan olmadı.Amma sürprizlər həqiqətən maraqlı idi.
P.S Luxury Baku-nun Facebook fan səhifəsinə, burdan baxa bilərsiniz.
No comments:
Post a Comment