Wednesday, August 24, 2011

New Emporium Concept Store in Baku


Bir müddət bundan əvvəl Emporium-un Port Baku-dakı yeni butikinin açılacağı ilə bağlı sizə məlumat vermişdim(burdan baxa bilərsiniz).Nəhayət avqustun 22-də gözlənilən an gəlib çatdı və Bakının ən böyük multibrand butiki açıldı.Beləki, 2500 kvadratmetirlik ərazini əhatə edən 3 mərtəbəli mağazada dünyanın ən məşhur brendlərinin və gənc dizaynerlərinin geyimləri ilə bərabər parfum və kosmetika məhsulları eləcə də kitab,musiqi və incəsənət əsərləri əldə etmək mümkündür.




Çöldən quraşdırılmış nəhəng vitrinlər və monitorlardan fərqli olaraq butikin interieri daha sadə və minimalist dizayn olunub.Diqqəti daha çox kolleksiyaların çəkməsi üçün mağazanın hər tərəfində ağ rəngin hakimiyyətinə üstünlük verilib. Bu da alış-veriş edərkən gözün yorulmaması və geyimlərin rənginin daha rahat seçilməsi üçün əla ideyadır.


Harvey Nichols,Bergdorf Goodman,Barneys kimi dünyanın ən böyük department store-larını xatırladan yeni Emporium-da əminəm shopping etmək daha rahat və əyləncəli olacaq. Hələ illərdir Emporium-dan aldığımız Prada, Fendi, Dsquared2, Balenciaga, Balmain, Stella McCartney, Marc Jacobs, Chloe, Michael Kors, Alexander McQueen kimi markaların yanına Tory Burch, Christopher Kane, Carven, Haute Hippie, Dries Van Noten, Carlos Miele,Givenchy, Roland Mouret, Herve Leger,Derek Lam, Simon Spurr, Thom Browne kimi dünyaca məşhur yeni markaların da əlavə olunduğunu düşünsək, bu modern məkan shopaholic-lərin ilk alış-veriş adresi olacağına heç bir şübhə qalmır.
Ölkəmizə yeni marlakarı gətirdiyi üçün və moda sektoruna yeni bir anlayış qazandırdığı üçün Emporium-a təşəkkürlər.Daha çox foto üçün Luxury Baku-nun Facebook səhifəsinə burdan daxil olun.
Emporium ilə bağlı daha ətraflı məlumat üçün bura daxil olun.


2 comments:

Evy said...

Cok guzel, cok ferrah bir dukkan
http://maffionista.blogspot.com/

Kevin Rudolf said...

kesinlikle)

Related Posts Plugin for WordPress, Blogger...