Thursday, March 31, 2011

Corneliani SS 2011 Bags

Corneliani-nin yeni yaz-yay kişi çantaları həqiqətən çox fərqlidir.Beləki bu exotic çantalar məxmər parça, sadə və krokodil dərisinin uyumlu kombinasiyasından hazırlanıb.Xüsusilə də, 2-ci çantadakı krokodil dərisinin  çox kreativ olduğunu düşünürəm.Lakin,bütün bunlara baxmayaraq,sanki Corneliani bu çantaları istifadə üçün deyil də,məhz alıb iş otağında nümayiş etdirmək üçün hazırlayıb.





Yuxardakı, lux detallarla zənginləşdirilmiş qiymətli çantalardan fərqli olaraq bu Corneliani çantalar daha rahat, sport və istifadəyə yararlıdır.3-cü çanta mənim ən bəyəndiyimdir. Məncə, xüsusilə də idmanla məşqul olan gənclər bu çantanı must have listinə əlavə etsinlər.


Baselworld 2011

45 ölkədən illik zərgərlik və saat sərgisi üçün  dünyanın ən böyük şirkətləri İsveçrənin Basel şəhərinə toplandı. Beləki, sərgidə Chopard,Bulgari,Tissot,Ulysse Nardin,Tag Heuer, Gucci, Chanel,Longines və daha 100-dən çox lux saat və zərgərlik markası öz məhsullarını təqdim etdi.Sərginin ən maraqlı saatları məhz İkepod markasının təqdim etdiyi bu antik qum saatları idi.10 və 60 dəqiqəlik zamanı göstərən qum saatının kolbası sınmayan və yüksək temperatura dözümlü şüşədən hazırlanıb.


Lakin bu show-da da hər kəsin fikri daha çox mexaniki saatlarda idi. Titan, keramika, yüksək texnologiya ilə hazırlanmış mexanizm, qiymətli daşlar,karbon fiber və dəri kəmərlər. Bütün bunlar niyə daha çox diqqətin mexaniki saatlarda olduğunun əsas sübutudur.


Sərginin ən diqqət çəkən bir neçə saatı ilə tanış olaq.Məsələn, Chanel J12 Chromatic kvarsdan və iki mexanizim ilə təqdim olunur.18 əyyarlıq qızıl və briliyantla zənginləşdirilən saatın digər detallarında yüksək keyfiyyətli safir,titan və keramikadan istifadə olunub.


Daha bir möhtəşəm saat isə Bulgari tərərfindən təqdim edildi. Bu saatında korpusu keramikadan və safir şüşədən hazırlanıb. Kəmərləri isə krokodil dərisidir.


Ən qiymətli saatlardan biri isə Hublot tərəfindən təqdim edildi.Tamamı 142 karatlıq brilliant daşlarla bəzədilən Hublot Big Bang-in korpusu 18 əyyarlıq ağ qızıldan hazırlanıb.Saatın qiyməti isə 2 millon avrour.(2,8 million dollar)


Sərgidə Tag Heuer daha çox Formula1 modeli ilə diqqət çəkdi.Yuxardakı Hublot-dan çox daha sadə gözəlliyi və eleqantlığı olan bu Tag Heuer mənim ən bəyəndiyim saatlar arasındadır.Kişilər üçün qara, qadınlar üçün isə ağ modeli nəzərdə tutulub.


Wednesday, March 30, 2011

Portrait Of Elizabeth Taylor to Sell for $30 million

Bu yaxınlarda həyatını dəyişən(burdan baxa bilərsiniz) Hollywood-un əfsanəvi aktrisası Elizabeth Taylor ölümündən sonra 1 milliard dollarlıq sərvət qoyub.Bu sərvətin böyük bir qismini xeyriyyə fondlarına bağışlayan aktrisanın əşyaları auksiyonlarda çox böyük qiymətlərlə satılır.

New York-da qiymətli əsərlərin satıldığı sərgidə aktrisanın portreti çox yüksək qiymətdən 30 million dollardan  naməlum alıcıya satılıb.

Facebook Competition

Facebook sosial şəbəkəsi yarandığı  gündən etibarən yeni rəqabət sektorunun əsası qoyuldu. Beləki, öz fan səhifələrini yaradan markalar hal-hazırda ən çox fanat qrupuna sahib olmaq üçün rəqabət aparırlar.

Bu rəqabət lux sektorunda diqqətindən yayınmır. Sıralamaya nəzər salsaq, 5 million fanatı ilə Burberry facebook-un ən çox fanatı olan lux markası ünvanını qorumağı bacarır. Burberry-nin ən böyük rəqibi isə Gucci-dir. Marka bu yaxınlarda facebook-da 4 million fanatı olduğunu elan etdi.3-cü sıranı 3,2 millionluq fanatı ilə Chanel ,4-cü yeri Dolce&Gabbana 2,6 million , 5-ci yeri isə Louis Vuitton 2,1 million fanat qrupu ilə tuturlar.

Digər markalardan Dior 614,000, Yves Saint Laurent 500,000Fendi 233,000, Ferragamo 69,000 və Bottega Veneta 47,000  fanata sahibdir.

New Stores in Baku

Gucci Baku Store
Günü-gündən inkişaf edən Bakımız, geyinməyi və gözəl görünməyi sevən sakinləri sayəsində hər gün yeni markalara ev sahibliyi etməyə hazırlaşır. Artıq dünyanın ən böyük moda evləri şəhərimizdə öz butiklərini açıblar. Hələdə Chanel, Louis Vuitton və Prada kimi markaların adını şəhərimizdə görmək  olmasa da, həmin butiklərin açılmasıda çox gec deyil.

Emporium New Flagship store
Bir müddət bundan əvvəl, şəhərimizin ən möhtəşəm tikililərindən biri Port Baku da böyük bir açılış billboard-u gördüm. Üzərində  Prada, Fendi və Balenciaga kimi onlarca lux markanın adı var idi. Təbii ki, ilk olaraq bu markaların öz butiklərini açacağını düşündüm.Lakin, ən sonda böyük Emporium yazısını görəndə yanıldığımı anladım. Beləki,Azərbaycanın ən böyük multibrand-lərindən biri olan (1)Emporium öz yeni, ikinci flagship butikini Port Baku da açmağa hazırlaşır.

Tom Ford
Crorcus Qrupun rəhbərliyi ilə Bakıda daha bir uğurla fəaliyyət göstərən butik isə Tom Ford-dur. Bu butikdə yalnız kişi geyim və aksesuarlarını əldə etmək mümkün idi. Bu yaxınlarda Tom Ford-un ilk qadın kolleksiyasını təqdim etməsi, Bakıda növbəti  (2)Tom Ford  butikinin aşılmasına səbəb oldu. Bulgari və Tiffany&co-ya qonşu olacaq yeni butik markanın qadın geyimləri üçün nəzərdə tutulub.


Penny Black store
Lux qadın geyimləri sektorunda dünyada böyük uğur qazanmış Max Mara Qrup şəhərimizdə növbəti, 5-ci butikini açmağa hazırlaşır. Beləki, Max Mara,Marella,Marina Rinaldi və Max&co butiklərini açan şirkət indi isə (3)Penny Black markasını Bakıya gətirir.

Giuseppe Zanotti Store
Şəhərimizin növbəti qonaqları isə (4)Giuseppe Zanotti(5)Fabi-dir. Hər iki marka lux ayaqqabı istehsalçısıdır.Xüsusilə də, Giuseppe Zanotti xanımların ən sevimli ayaqqabı markaları sırasındadır. Bu yaxınlarda Bakıdakı butiklərini bağlayan Casadei və Sergio Rossi markalarından sonra bu iki markanın açılması çox yaxşı oldu.


Saturday, March 26, 2011

Infiniti Etherea

Geneve Motor Show-sunda  təqdim olunan bu yeni Infiniti Eherea hər kəsin diqqətini üzərinə topladı. İnfiniti-nin sahibi Nissan bu modelin ənənəvi lux avtomobillərdən çox fərqli olduğunu və  gənclər üçün nəzərdə tutulan tam yeni konsepsiya ilə hazırlandığını bildirib. Şirkət avtomobilin gənclər tərəfindən layiqli rəğbəti görəcəyini ümid edir. Bu yeni İnfiniti Avropada 2014-cü ildən etibarən satışa çıxarılması planlaşdırılır.








Thursday, March 24, 2011

Spring Trend 2011 Color Splash

Heç bir yaz sezonunu canlı rəglərsiz təsəvvür etmək olmaz. Elə 2011-ci ilin yaz-yay aylarında da parlaq rənglər ön planda olacaq. Xanımların qarderobunda bu rənglərdən daha çox mavi,çəhrayı, bənövşəyi,qırmızı, sarı və yaşıl rənglərin ən elektrik tonlarını görmək mümkün olacaq. Sezonun ən önəmli trendi isə ilk baxışdan bir araya gəlməsi mümkün olmayan rənglərin düzgün birləşməsidir. 






Bulgari Hotel&Resort Bali(Indonesian Island)

Lux Italyan zərgərlik evi Bulgari ziynət əşyalarında olduğu kimi hotel və kurort işində də bir o qədər uğur qazanmağı bacarıb. Beləki, Bulgari Yaponiyadakı restoranı, İndoneziya və Milandakı hotellərindən sonra , indidə London da tamamı 2012-ci ildə hazır olacaq otel açmaq qərarına gəlib.
Bulgari London Hotel Opening Soon 2012
Amma heç şübhəsiz bu məkanların arasında ən fərqli və möhtəşəmi İndoneziyanın Bali adasındakı Bulgari hotelidir(aşağıdakı fotoların tamamı). Digər bütün otellərdən fərqli olaraq burda başqa bir konsept işlənib.


 Dəniz və yaşıllıqların iç-içə olduğu bu məkan həqiqətən çox exotic-dir. Otel lux anlayışına tam fərqli bir məna qazandırır. Adətən insanı yoran, saraylara bənzəyən zənginlikdən fərqli olaraq burda təbii zənginlik insanı valeh edir.



 Hotelin dizaynı həddindən artıq sadə və minimalist bir dekorasiyaya sahibdir. Müxtəlif restoranlar, kafelər, spa , fitness zalı  və exlclusive toylar üçün məkanlar-bütün bu özəlliklər  5 ulduzlu Bulgari Bali Hotelində mövcuddur.





Bununla yanaşı hoteldə aksesuar və ziynət əşyaların satıldığı Bulgari butiki və etnik heykəl və əşyaların satıldığı butik də fəaliyyət göstərir.

Əminəm hotellə bağlı çox söz deməyə ehtiyac yoxdur, fotolar bütün bunların açıq-aydın sübutur.


Related Posts Plugin for WordPress, Blogger...