Thursday, December 30, 2010

Happy New Year!!!

Çox qısa, cəmi bir neçə aydır ki, sizinlə yazılarımı paylaşıram.İlk başladığım zamanlarda çox da ümidim yox idi, amma gün keçdikcə insanların marağını gördükcə, yüzlərcə xoş söz eşitdikcə məndə  daha da həvəs oyandı.2010-cu il mənim üçün bu cür xoş hadisə ilə yadda qaldı,ümid edirəm 2011-ci ildə də daha gözəl və maraqlı xəbərlərlə görüşəcik.

Hər kəsi, bu gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. 2011-ci ildə xoşbəxtliyi, can sağlığını, bütün arzularınızın çin olmağını eləcədə Must Have listinizdəki, hər şeyə sahib olmağı sizə arzu edirəm, elə özümədə.


Wish You Best of All)))

Wednesday, December 29, 2010

Bvlgari Spring 2011 Jewellery Collection






Bvlgari(Bulgari) yaz sezonu üçün rəngarəng daşlardan istifadə edərək müxtəlif ziynət əşyaları hazırlamışdır. Sezonun abu-havasına uyğun olaraq  bənövşəyi,çəhrayı,yaşıl və açıq mavi rənglərdən istifadə edilib. Daha çox gül formasındakı kəsimlər diqqəti cəlb edir. Qırmızı xalça törənlərinin əvəz olunmazı olan Bvlgari, bu kolleksiyasında da çox iddialı high jewellery(yüksək keyfiyyətdə) parçaları hazırlayıb. Hətta bəzilləri o qədər gözəldir ki, insan onları taxmaq üçün yox sadəcə zövq üçün almaq istəyir.Al və evin bir küncünə(mümkündürsə diqqəti çəkən yeri olsun) nümayiş üçün qoy)))Bu gördüyünüz möhtəşəm parçaları yəqin ki, Bvlgari Bakı butikindən də əldə edə bilərsiniz.

Martini Gold by Dolce&Gabbana




Domenico Dolce və Stefano Gabbana(Dolce&Gabbana) məşhur içki markası Martini ilə əməkdaşlıq edərək öz içkilərini Martini Gold-u istehsal etdilər. Möhtəşəm dad və qoxuya malik içki sitrus meyvələr və ədviyyatlardan hazırlanır. İçki şüşəsinin dizaynı da məhz onlara məxsusdur.Beləki, qızıl üzlüklə qaplanan şüşə qara və Dolce&Gabbana imzalı qutuda satılır.Bu əvəz olunmaz aromatın reklam rolikində  Monica Belucci oynamışdır. Öz gözəlliyi və cazibəsi ilə bu İtalyan xanım markanı təmsil etməyə ən layiqli namizədir. Bu içkinin satış qiyməti isə markanın geyimləri qədər bahalı deyil. Beləki, təxmini qiyməti 22-25 avro arasındadır.

New Mercedes C-Class 2012

Mercedes yeni 2012 C-class modelini də görücüyə çıxartdı.İlk baxışdan bizə çox tanış olan avtomobil açıq-aşkar köhnə model E-class-a bənzəyir. Yeni model C-class bir əvvəlki modeldəndə çox fərqlənmir.Avtomobilin bəzi detalları( məsələn sükan çarxı kimi) yeni Mercedes CLS dən götürülmüşdür.

İnterierində isə hər zamankı kimi yenə də yüksək keyfiyyətli materiallardan dəri,ağac və plastikdən istifadə olunub.Avtomobil tam yeni multimedia və təhlükəsizlik sistemi ilə təchiz olunub.



Lakin heç nəyə baxmayarq öz möhtəşəm görünüşü və salonu ilə yeni model C-Class avtomobil həvəskarlarının və sürücülərinin məmun qalacağı rahat və gözəl bir avtomobildir.

Beləki, avtomobil iki yeni motorla tipiylə 1,8 litir həcimli V4 silindirli 201 at gücünə və  3,5 litir həcimli V6 silindirli 302 at gücünə malik motorla təhciz edilib.

Tuesday, December 28, 2010

Louis Vuitton Spring-Summer 2011 shoes and bags

Marc Jacobs LV yaz-yay sezonu üçün çox kretiv çanta və ayaqqabı kolleksiyası təqdim etdi. Beləki,son dönəmdəki bir çox markanın ayaqqabı dizaynında daban hissəsndə fərqliliklərdən istifadə etməsi çox dəbdədir.LV-nin yeni sezon ayaqqabıların daban hssəsinin heyvan ayağına bənzədilməsi çox maraqlı ideadır.

 Marc Jacobs ilə günü-gündən  gəncləşən marka yaradıcı fikirləri ilə moda tutqunları tərəfindən daha da sevilməyə başlayır. Bu rəngarəng kolleksiya yaz aylarında xanımların geyimlərini tamamlamaq üçün ən əla yardımçı olacaq. Bu kolleksiyanın ən bəyəndiyim ayaqqabısı isə son fotodakıdır.

Monday, December 27, 2010

Leyla Aliyeva in Jitrois Dress


 Lux Fransız moda evi  Jitrois-in əsası Jean-Claude Jitrois tərəfindən təxmini 25 il bundan əvvəl qoyulmuşdur. Beləki, lux dəri geyim istehsaıçısı olan Jitrois 1995-ci ildə yeni parça növünü- streç dərini kəşf etdi.Bədəni kip saran bu dəri növü qısa zamanda aralarında Beyonce, Lady Gaga və Liz Hurley kimi ulduzların da olduğu modanı yaxından izləyən xanımların qarderobuna daxil oldu. Eyni texnikanı 2006-cı ildə streç biton dərisinin istehsalında da tətbiq edən dizayner daha da sevilməyə başladı.
Bizim cəmiyyətin həyətanın ən gözəl geyinən xanımlarından olan Leyla Əliyeva da bu markanın dərilərini geyinən xanımlar arasındadır.Beləki, gördüyümüz Jitrois marka qara streç donu Leyla xanım ağ pencəklə geyinməyi uyğun görüb.Təbii ki,bu qara və ağ rənglərin kombinasiyası çox uğurla alınması ilə bərabər, Leyla xanıma da çox yaraşıb.


Demək olar ki, hər geyimini Yves Saint Laurent-ın müxtəlif ayqqabıları ilə tamamlayan xanım, bu dəfə də qızılı  YSL Trib Too-nu seçmişdir. Ümüd edirəm Leyla xanım geyimləri qədər ayaqqabı seçimlərində də dəyişiklik edəcək.Məsələn, Christian Louboutin, Jimmy Choo, Charlotte Olympia, Manolo Blahnik, Giuseppe Zanotti kimi dünyada söz demiş və sevilən ayaqqabı dizaynerlərinin 100-lərcə gözəl və Leyla xanıma yaraşacaq modelləri var. Bəlkə də,Hermes Birkinlər Victoria Beckhamın əvəz olunmazı olduğu kimi  YSL ayaqqabılar da Leyla xanımın tutqusudur.
P.S Luxury Baku blogunu Facebook səhifəsindən də izləyə bilərsiniz.
Hal-hazırda satışda olan digər Jitrois marka geyimlər. 

Ducati 1198 SP

Adrenalin və sürət tutqunlarının bir əvəzolunmazı da motosikletlərdir. Dəri gödəkcə, cins və uzunboğaz çəkmə- bir sözlə cool görünüşləri ilə motosikletçilər hər zaman insanların marağını və simpatiyasını üzərlərinə toplamağı bacarmışdır.Ducati-nin bu gördüyümüz superbike-ı da ən az bir qırmızı Ferrari modeli qədər möhtəşəm və gözəl görsənir. Ən güclü qoşa silindirli motosiklet ünvanını alan Ducati 1198  SP modeli $22 000-dır.

Victorias Secrets Store in Baku

Adriana Lima
 Bu yaxınlar dünyanın ən maraqlı, səs-küylü və 1 nömrəli fashion show-su Victorias Secrets 2010-2011-ci il mələklərini də podiuma çıxartdı. Bu dəfəki, mələklər arasında Chanel İman,Jessica Stam, Lily Doaldson,Alessandra Ambrosio , Karolina Kurkova, Adriana Lima,Rosie Huntington və bir çox dünyanın ən sevilən modelləri var idi. Lakin VS-in əfsanəvi modeli Heidi Klumu bu dəfə show da görə bilmədik. Hər il kimi bu ildə modellər qədər show qonaqları da dünyanın ən məşhur insanları idi. Bunların arasında Paris və Nicky Hilton, Maroon 5 ,Alexander Wang və Adrian Grenier kimi daha bir çox qonaq var idi.  Akon və Katy Perry də öz mahnıları ilə show-ya rəng qatdı.


Chanel Iman

Lakin işin əyləncə hissəsi ilə bərabər bir də kommersiya məqsədi daşıyan hissəsi var. Elə bu postu da əsasən ona görə yazmağı düşündüm. Beləki, dünyada Lingerie(iç geyimləri) sahəsində ən öndə gələn markalardan olan VS artıq Bakıda da öz butikini açdı. Buda xanımlarımızın çox xoşuna gələcək.)))Təəssüf ki, xanımların marağında olduğu bu qanadları butikdən əldə etmək olmuyacaq))))
Karolina Kurkova
Lily Donaldson
Jessica Stam
Chanel Iman
Rosie Huntington
Behati Prinsloo
Adriana Lima
Alessandra Ambrosio

Saturday, December 25, 2010

Jimmy Choo 2011 Cruise Collection

Öz sevilən ayaqqabı modelləri ilə xanımların qəlbinə yol tapan Jimmy Choo, Cruise kolleksiyası ilə də yenə çox  möhtəşəm bir iş ortaya qoydu.Bir-birindən gözəl ayaqqabı və çanta modelləri ilə Jimmy Choo yenə də yeni sezonda xanımların must have listində öz layiqli yerini tutacaq.Xüsusi ilə də sarı Jimmy Choo-lar sezonun ən xit parçalarından olmağa namizəddirlər.











Related Posts Plugin for WordPress, Blogger...