Friday, November 26, 2010

Emma Watson's New Style

  

Hər halda, mənim qədər siz də Emma Watson-un  bu son stilini çox bəyəndiniz, xüsusilə də  qısa saçlarını. Harry Potter-in balaca, sevimli qızcığazının yerinə sexy,gözəl və zərif  Emma Watson gəlib. Filmin Londondakı primierası üçün seçdiyi zərif krujevalı  Rafael Lopez marka qısa donu çox bəyəndim.Geyimə uyğun $1210 dəyərindəki Charlotte Olympia marka ayaqqabıları isə möhtəşəmdir. Bu yeni stili ilə o özünü moda sektorunun ilk modellərindən sayılan, 60-cı illərin ən məşhur modeli Twiggy-ə bənzədib.


Son dönəmdəki fotolarında isə Emma-nı Burberry 2011 yaz-yay sezonun ən hit parçaları ilə görə bilirik. Markanın əvvəlki sezonda reklam üzü olduğu üçün, Emma bu trençləri sezonundan əvvəl problemsiz qarderobuna əlavə edə bilir.


Bütün bu kolleksiya show-dan sonra sadəcə 1 həftəlik ilkin satışa çıxarıldığı üçün, qiymətləri də sizinlə paylaşa bilirəm.Emma-nın seçim etdiyi trençlər də daxil olmaqla digər bütün kurtkaların qiyməti üçün  bura  daxil olun.


Emma-nın hər üç fotodakı çanta seçimi də Burberry-nin bu sezonun ən çox seçilən tikanlı çantasıdır.Bu çantanın ən sadə modeli $2195, piton dərisi  ilə olanı isə $5000-dır.Ray Ban eynəkləri də stilinə çox uyğundur.


Ümumiyyətlə, mən bu yeni imicdəki Emma-nı çox bəyəndim. Son dönəmin  moda ikonlarından sayılan Emma Watson, bu stilini uzun müddət saxlasa əla olar.
P.S Luxury Baku bloqunu Facebook-dan da izləmək üçün buraya daxil olun.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...